“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq "Təhsil haqqındaAzərbaycan Respublikasının Qanununu "Peşə təhsili haqqındaAzərbaycan Respublikasının Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

"Təhsil haqqındaAzərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, ¹ 9, maddə 684; 2011, ¹ 2, maddə 70; 2014, ¹ 1, maddə 3; 2015, ¹ 11, maddə 1266; 2016, ¹ 1, maddə 41, ¹ 11, maddə 1766; 2017, ¹ 2, maddə 145, ¹ 5, maddə 691, ¹ 7, maddələr 1277, 1300, ¹ 12 (I kitab), maddə 2202; 2018, ¹ 7 (I kitab), maddələr 1381, 1409, ¹ 11, maddə 2208) aşağıdakı dəyişikliklər edilsin:

1. 1.0.6-cı, 1.0.6-1-ci, 29.0.29-cu, 29.0.43-cü 33.3.9-cu maddələrə, 36-2-ci maddənin adına, 36-2.1-ci, 36-2.2-ci 36-2.4-cü maddələrə "ümumi təhsilsözlərindən sonra " peşə təhsili (tam orta təhsil üzrə təhsilverənlərə münasibətdə)” sözləri əlavə edilsin.

2. 1.0.40-cı maddəyə "orta ixtisassözlərindən əvvəl "yüksək texniki peşə təhsili səviyyəsində sözləri əlavə edilsin.

3. 2-ci maddəyə "Məktəbəqədər təhsil haqqındasözlərindən sonra ", "Peşə təhsili haqqındasözləri əlavə edilsin həmin maddədə "Qanunundansözü "qanunlarındansözü ilə əvəz edilsin.

4. 14.5.4-cü maddədə "ilk peşə-ixtisassözləri "peşəsözü ilə " tədris mərkəzləri (kompleksləri)” sözləri "mərkəzlərisözü ilə əvəz edilsin.

5. 14.8-1-ci maddədə " orta ixtisassözləri ", orta ixtisas peşəsözləri ilə əvəz edilsin.

6. 17.1.3-cü maddə aşağıdakı redaksiyada verilsin:

"17.1.3. Peşə təhsili:

17.1.3.1. ilk peşə təhsili;

17.1.3.2. texniki peşə təhsili;

17.1.3.3. yüksək texniki peşə təhsili.”.

7. 19.6-cı, 29.0.25-ci 35.2-ci maddələrdə "ilk peşə-ixtisassözləri "peşəsözü ilə əvəz edilsin.

8. 20-ci maddənin adında 20.3-cü maddədə "İlk peşə-ixtisassözləri "Peşəsözü ilə əvəz edilsin.

9. 20.1-ci maddədə "İlk peşə-ixtisassözləri "Peşəsözü ilə əvəz edilsin həmin maddədən "sənətlər kütləvisözləri çıxarılsın.

10. 20.2-ci maddədə "İlk peşə-ixtisassözləri "Peşəsözü ilə, "asılı olmayaraqsözlərindən sonrakı "peşə-ixtisassözləri "peşəsözü ilə əvəz edilsin həmin maddədən " məzunlara müvafiq istiqamətlər üzrə ilk peşə-ixtisas dərəcələrinin verilməsi ilə başa çatırsözləri çıxarılsın.

11. Aşağıdakı məzmunda 20.2-1-ci 20.2-2-ci maddələr əlavə edilsin:

"20.2-1. Peşə təhsilinin səviyyələri aşağıdakılardır:

20.2-1.1. ilk peşə təhsili;

20.2-1.2. texniki peşə təhsili;

20.2-1.3. yüksək texniki peşə təhsili.

20.2-2. İlk peşə təhsilini bitirən məzunlara ilk, texniki peşə təhsilini bitirən məzunlara texniki, yüksək texniki peşə təhsilini bitirən məzunlara isə subbakalavr peşə-ixtisas dərəcəsi verilir.”.

12. 20.4-cü maddədə "İlk peşə-ixtisassözləri "Peşəsözü ilə əvəz edilsin, həmin maddəyə "qəbul olunanlarsözlərindən sonra "Peşə təhsili haqqındaAzərbaycan Respublikasının Qanununa uyğun olaraq,” sözləri əlavə edilsin.

13. Aşağıdakı məzmunda 20.5-ci maddə əlavə edilsin:

"20.5. Azərbaycan Respublikasında peşə təhsilinin hüquqi, iqtisadi təşkilati əsasları bu Qanun "Peşə təhsili haqqındaAzərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.”.

14. 29.0.9-cu maddədən "şagird sözləri çıxarılsın.

15. 32.3.14-cü maddədə "peşə-ixtisas təhsili pilləsindəsözləri "ixtisas təhsili pilləsində, peşə təhsilisözləri ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 mart 2019-cu il

 

Azərbaycan.- 2019.-26 may.- S.3.