“Peşə təhsili haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
1-ci bəndini rəhbər
tutaraq qərara alır:
"Peşə təhsili haqqında” Azərbaycan Respublikasının
Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2018, ¹ 6, maddə
1152) aşağıdakı dəyişikliklər edilsin:
1. 9.10-cu maddəyə
"Ali təhsil” sözlərindən
sonra "və orta ixtisas təhsili”
sözləri əlavə
edilsin.
2. 13.8-ci maddəyə
aşağıdakı məzmunda
birinci cümlə əlavə edilsin:
"Peşə
təhsili müəssisələrində
tam orta təhsil üzrə təhsilverənlərin
sertifikatlaşdırılması, digər işçilərin
isə attestasiyası
keçirilir.”.
3. 14.5-ci maddə
aşağıdakı redaksiyada
verilsin:
"14.5. İlk
peşə təhsilini
bitirən məzunlara
ilk, texniki peşə
təhsilini bitirən
məzunlara texniki, yüksək texniki peşə təhsilini bitirən məzunlara isə subbakalavr peşə-ixtisas dərəcəsi
verilir.”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
29 mart 2019-cu il
Azərbaycan.- 2019.-26 may.- S.3.