“Sığorta fəaliyyəti haqqında”, “Bank olmayan kredit
təşkilatları haqqında”, “İnvestisiya
fondları haqqında”, “Qiymətli kağızlar bazarı
haqqında” və “Antidempinq, kompensasiya və mühafizə tədbirləri
haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
10-cu, 11-ci, 15-ci və 27-ci bəndlərini
rəhbər tutaraq,
"Mühasibat uçotu
haqqında” Azərbaycan
Respublikasının Qanununda
dəyişikliklər edilməsi
barədə” Azərbaycan
Respublikasının 2018-ci il 4 may tarixli 1140-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alır:
Maddə 1. "Sığorta
fəaliyyəti haqqında”
Azərbaycan Respublikasının
Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2008, ¹ 3, maddə
144, ¹ 7, maddə 602; 2009, ¹ 7, maddə 517; 2011, ¹ 1, maddə
11; 2013, ¹ 12, maddə 1470; 2014, ¹ 7, maddələr 771, 779; 2015, ¹ 11, maddə 1263; 2016, ¹ 3, maddə
410, ¹ 6, maddə 976; 2017, ¹ 7, maddələr 1286, 1294, ¹ 12 (I kitab),
maddə 2221; 2018, ¹ 7 (I kitab),
maddə 1392; 2019, ¹ 1, maddələr
19, 33, 50) aşağıdakı dəyişikliklər edilsin:
1.1. aşağıdakı
məzmunda 37.2.1-1-ci maddə
əlavə edilsin:
"37.2.1-1. baş
mühasib və ya bu vəzifələri
icra edən şəxs peşəkar mühasib olmalıdır;”;
1.2. 44.1.3.3-cü maddədən
"mühasibat balansları,
mənfəət və
zərərlər haqqında”
sözləri çıxarılsın;
1.3. aşağıdakı
məzmunda 78.9-cu maddə
əlavə edilsin:
"78.9. Sığortaçı
tərəfindən "Mühasibat
uçotu haqqında”
Azərbaycan Respublikası
Qanununun tələblərinin
təmin edilməsinə
nəzarəti maliyyə
bazarlarına nəzarət
orqanı həyata keçirir.”;
1.4. 91.2-ci maddəyə
"malik olmalıdır”
sözlərindən sonra
", baş mühasib
və ya bu vəzifələri icra edən şəxs peşəkar mühasib olmalıdır”
sözləri əlavə
edilsin;
1.5. 100.1.1-ci maddədə
"mühasibat sənədlərini,
o cümlədən ilkin
uçot sənədlərini,
mühasibat uçotu
registrlərini, kitablarını,
jurnallarını” sözləri
"mühasibat uçotu
sənədlərini” sözləri
ilə əvəz edilsin.
Maddə 2. "Bank olmayan
kredit təşkilatları
haqqında” Azərbaycan
Respublikasının Qanununda
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2010, ¹ 2, maddə 72; 2013, ¹ 7, maddə 789; 2014, ¹ 10, maddə
1160; 2016, ¹ 3, maddə 407, ¹ 4, maddə 641; 2017, ¹ 12 (I kitab),
maddə 2228; 2018, ¹ 5, maddə
844, ¹ 6, maddə 1171; 2019, ¹ 1, maddə 32) aşağıdakı
dəyişikliklər edilsin:
2.1. 8.2-ci maddənin
ikinci cümləsinə
"malik olmalıdır”
sözlərindən sonra
", baş mühasib
və ya bu vəzifələri icra edən şəxs peşəkar mühasib olmalıdır”
sözləri əlavə
edilsin;
2.2. aşağıdakı
məzmunda 20.4-cü maddə
əlavə edilsin:
"20.4. BOKT tərəfindən
"Mühasibat uçotu
haqqında” Azərbaycan
Respublikası Qanununun
tələblərinin təmin
edilməsinə nəzarəti
maliyyə bazarlarına
nəzarət orqanı
həyata keçirir.”.
Maddə 3. "İnvestisiya
fondları haqqında”
Azərbaycan Respublikasının
Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2010, ¹ 11, maddə
950; 2014, ¹ 10, maddə 1161; 2015, ¹ 11, maddə 1261; 2016, ¹ 3, maddə
412, ¹ 4, maddə 642, ¹ 12, maddə
2002; 2017, ¹ 11, maddə 1952, ¹ 12 (I kitab), maddə 2225; 2018, ¹
7 (I kitab), maddə
1394; 2019, ¹ 1, maddə 33) aşağıdakı
dəyişikliklər edilsin:
3.1. 24.4.3-cü maddədə
"maliyyə” sözü
"mühasibat” sözü
ilə əvəz edilsin;
3.2. 30.2-ci maddə
aşağıdakı redaksiyada
verilsin:
"30.2. İnvestisiya
fondları və onların idarəçiləri
"Mühasibat uçotu
haqqında” Azərbaycan
Respublikasının Qanununa
və bu Qanuna uyğun olaraq mühasibat uçotunu aparır, maliyyə hesabatlarını
tərtib, təqdim və dərc edirlər.”;
3.3. aşağıdakı
məzmunda 40.2-1-ci maddə
əlavə edilsin:
"40.2-1. Səhmdar
investisiya fondunun və idarəçinin baş mühasibi və ya bu
vəzifələri icra
edən şəxs peşəkar mühasib olmalıdır.”;
3.4. 46.20.2-ci maddədə
"mühasibat balansı”
sözləri "maliyyə
hesabatları” sözləri
ilə əvəz edilsin;
3.5. aşağıdakı
məzmunda 48.1.13-1-ci maddə
əlavə edilsin:
"48.1.13-1. investisiya
fondları və onların idarəçiləri
tərəfindən "Mühasibat
uçotu haqqında”
Azərbaycan Respublikası
Qanununun tələblərinin
təmin edilməsinə
nəzarət edilir;”.
Maddə 4. "Qiymətli
kağızlar bazarı
haqqında” Azərbaycan
Respublikasının Qanununa
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2015, ¹ 7, maddə 813; 2016, ¹ 3, maddə 411, ¹ 11, maddə
1756, ¹ 12, maddə 2003; 2017, ¹ 2, maddə 159, ¹ 5, maddə
712, ¹ 12 (I kitab), maddə
2222; 2018, ¹ 5, maddə 893, ¹ 7 (I kitab), maddə 1395; 2019, ¹
1, maddələr 33, 50, ¹ 2, maddə 189) aşağıdakı
məzmunda 63.2-1-ci və
83.0.10-1-ci maddələr əlavə
edilsin:
"63.2-1. Lisenziyalaşdırılan
şəxslərin baş
mühasibi və ya bu vəzifələri
icra edən şəxs peşəkar mühasib olmalıdır.”;
"83.0.10-1. qiymətli
kağızlar bazarında
lisenziyalaşdırılan şəxslər tərəfindən
"Mühasibat uçotu
haqqında” Azərbaycan
Respublikası Qanununun
tələblərinin təmin
edilməsinə nəzarət
etmək;”.
Maddə 5. "Antidempinq,
kompensasiya və mühafizə tədbirləri
haqqında” Azərbaycan
Respublikası Qanununun
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2016, ¹ 7, maddə 1230) 6.1-ci maddəsində "mühasibat
sənədləri” sözləri
(hər iki halda) "mühasibat uçotu sənədləri”
sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 3 may
2019-cu il
Azərbaycan.- 2019.-26 may.- S.4.