Azərbaycan Respublikası Prezidentinin
2006-cı il 18 aprel tarixli 391 nömrəli fərmanı ilə təsdiq
edilmiş “Azərbaycan
Respublikasının Ədliyyə Nazirliyi
haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq,
"Azərbaycan Respublikasının
Cəzaların İcrası
Məcəlləsində dəyişiklik
edilməsi haqqında”
Azərbaycan Respublikasının
2018-ci il 12 oktyabr tarixli 1271-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:
Azərbaycan Respublikası
Prezidentinin 2006-cı il
18 aprel tarixli 391 nömrəli fərmanı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2006, ¹ 4, maddə 323, ¹ 12, maddə
1034; 2007, ¹ 11, maddə 1105, ¹ 12, maddə 1246; 2009, ¹ 7, maddə
533, ¹ 8, maddə 627, ¹ 10, maddə
773, ¹ 12, maddələr 983, 988; 2010, ¹ 2, maddə 83, ¹ 4, maddə
292, ¹ 11, maddə 966; 2011, ¹ 1, maddə 18, ¹ 2, maddə
85, ¹ 4, maddə 281, ¹ 6, maddə
497, ¹ 10, maddə 894, ¹ 11, maddə
993; 2012, ¹ 10, maddə 950; 2014, ¹ 6, maddə 627, ¹ 7, maddə
820, ¹ 9, maddə 1029; 2016, ¹ 1, maddə 77; 2017, ¹ 2, maddə
184, ¹ 10, maddə 1784; 2018, ¹ 6, maddə 1205, ¹ 7 (I kitab), maddə 1480; 2019, ¹ 3, maddə
431) ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasının Ədliyyə
Nazirliyi haqqında Əsasnamə”də aşağıdakı
dəyişikliklər edilsin:
1. 9.25-ci yarımbəndə
"cəzaları” sözündən
sonra ", həmçinin
Azərbaycan Respublikasının
Cəzaların İcrası
Məcəlləsinə əsasən
icrası və ya icrası üzərində nəzarət
icra məmurlarına həvalə edilmiş cinayət-hüquqi xarakterli
digər tədbirləri
(bundan sonra - müvafiq cinayət-hüquqi
xarakterli tədbirlər)”
sözləri və
", cəzaların” sözündən
sonra (birinci halda) "və müvafiq cinayət-hüquqi
xarakterli tədbirlərin”
sözləri əlavə
edilsin.
2. 9.26-cı yarımbəndə
"cəzaların” sözündən
sonra "və müvafiq cinayət-hüquqi
xarakterli tədbirlərin”
sözləri əlavə
edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
23 may 2019-cu il
Azərbaycan.- 2019.-26 may.- S.5.