Əli Kərimli siyasi etikanın bütün sərhədlərini aşıb

 

Azərbaycan daha bir idman bayramının astanasındadır. İlk dəfə UEFA Avropa Liqasının final matçına evsahibliyi edəcəyik. Bu, həqiqətən də, dövlətimiz adına böyük etimaddır. Eyni zamanda, Azərbaycanda indiyədək keçirilən beynəlxalq idman yarışlarına yüksək səviyyədə təşkilatçılığı təsdiqləyən reallıqdır.

O da həqiqətdir ki, ölkəmizdə keçirilən beynəlxalq tədbirlərin heç birində təhlükə yaradacaq hallar baş verməyib və ümumiyyətlə, bu məsələ müzakirə mövzusu ola bilməz. Ölkəmizə həm işgüzar səfər edən, həm istirahət məqsədilə, həm də yarışları izləməyə gələn azarkeşlər buradan xoş təəssüratlarla qayıdıblar. Onlar həm qonaqpərvərlikdən, həm də təhlükəsizliyin yüksək səviyyədə təminindən razılıqlarını bildiriblər.

Sözsüz ki, bütün bunlar ölkəmizin inkişafını istəməyən və əldə etdiyi uğurlara qısqanclıqla yanaşanların, antiazərbaycançı dairələrin narahatlığına səbəb olur. Bütün beynəlxalq tədbir və yarışlar ərəfəsində "aktivləşən” bu dairələr yenə də öz çirkin planlarını "işə salıblar”.

Ancaq ən təəssüfedicisi odur ki, "sapı özümüzdən olan baltalar” yenə onlara dəstək verirlər. Dəfələrlə öz siyasi riyakarlığı, xəyanət və satqınlığı ilə Azərbaycan dövlətçiliyinə, xalqına düşmən kəsildiyini təsdiqləyən AXCP sədri Əli Kərimli həmin dairələrin sifarişini yerinə yetirir.

İndiyədək ölkəmizdə keçirilən beynəlxaq idman tədbirləri Azərbaycana iqtisadi, siyasi dividendlər qazandırıb. Ancaq idman yarışlarından xəbərsiz olan Əli Kərimli sosial şəbəkələrdə yazdığı statusla özünü yenə biabır edir. Bu şəxs iddia edir ki, "bütün dünyaya sevinc, istirahət, pul gətirən futbol bizə problem gətirir”. Görəsən, final matçının Bakıda keçirilməsi Azərbaycana hansı problemi gətirə bilər ki?

Mayın 29-da dünyanın futbol ictimaiyyətinin diqqəti Bakıya yönələcək. Bu, dünyada sülhünsabitliyin bərqərar olması istiqamətində çalışan, multikultural dəyərlərin, tolerantlığın təbliği və təşviqinə üstünlük verən ölkəmizin nüfuzunun daha da yüksəlməsinə öz töhfəsini verəcək.

Amma Əli Kərimlinin fikirləri hansısa erməni siyasətçi, erməni idmançının fikirlərindən fərqlənmir. Bu siyasətçi iddia edir ki, guya "Çelsi” və "Arsenal” klublarına ayrılan biletlər geri qaytarılır. Azarkeşlər Bakıya gəlməkdən imtina edirlər. Tamamilə səhv fikirdir. Çünki son məlumatlara görə, artıq final matçına biletlər satılıb və bu oyunda Avropa Liqasının tarixində yeni rekord müəyyənləşə bilər. Buna qədər 1999-cu ildə Moskvada keçirilən "Parma” - "Latsiooyununda azarkeş rekordu qeydə alınıb (62 min). UEFA-nın saytında dərc edilən məlumata görə, Bakı Olimpiya Stadionunun azarkeş tutumu 70 minə yaxındır və bu səbəbdən də paytaxtımızda keçiriləcək oyunda rekord təzələnə bilər.

Amma Əli Kərimli sadəlövh şəkildə Bakıya turistin az gələcəyini, qazancın az olacağını iddia etməklə özünü gülünc vəziyyətə salıb. Görəsən, bu qısqanclıq, xəyanət nə qədər davam edəcək?

Düşmən dəyirmanına su tökən bu "siyasətçi”, həqiqətən də, siyasi etikanın bütün sərhədlərini aşıb. Hətta idman yarışları ərəfəsində ölkəyə ziyan vurmağa çalışan belə şəxsdən hər şey gözləmək mümkündür. Antiazərbaycançı dairələrdən aldığı göstərişlər və sifarişlər əsasında "fəaliyyət” göstərərək milli maraqlara qənim kəsilən Əli Kərimlidən ancaq bunu gözləmək olar.

Görünən isə odur ki, Azərbaycan bu final matçına yüksək səviyyədə evsahibliyi etməklə daha bir uğura imza atacaq. Dünya Bakıda mayın 29-da keçiriləcək yüksəksəviyyəli idman bayramının şahidi olacaq. Azərbaycan özünün milli dəyərlərini təqdim etməklə yanaşı, ölkəmizdə əsrlər boyu mövcud olan multikulturaltolerant dəyərləri yenə dünyaya nümayiş etdirəcək.

Möhtəşəm final matçı ilə bundan öncə qazandığımız nailiyyətlər sırasına daha birisini yazaraq ölkəmizə düşmən kəsilənlərə növbəti zərbəni vuracaq. Görəsən, Əli Kərimli bundan sonra hansı bəhanələr uyduracaq?!

 

R.BAXŞƏLİYEV

 

Azərbaycan.- 2019.-26 may.- S.6.