Azərbaycan Respublikasının Prezidenti
Zati-aliləri cənab İlham Əliyevə
Möhtərəm cənab Prezident.
Sizi ölkəmizin milli bayramı – Respublika Günü münasibətilə ürəkdən təbrik edir, işlərinizdə böyük uğurlar, möhkəm cansağlığı arzulayıram.
Xalq Cümhuriyyətinin varisi olan Azərbaycanın tarixində 1993-cü ildən yeni dövr başlandı. Azərbaycan parçalanma təhlükəsi ilə qarşılaşan zaman xalqımız Heydər Əliyevi yeganə xilaskar görərək ona müraciət etdi. Ulu öndər Heydər Əliyevin Bakıya qayıtması, Azərbaycana rəhbərlik etməsi ölkəni xilas etdi, insanların həyatına inam gətirdi. Böyük layihələr həyata keçirildi, "Əsrin kontraktı” imzalandı və Azərbaycan dünyanın siyasi xəritəsində özünə layiq yer tutdu.
Sizin rəhbərliyinizlə ölkəmiz bu gün uğurla inkişaf edir. Müəllifi olduğunuz, qlobal əhəmiyyət daşıyan Cənub Qaz Dəhlizi layihəsi həyata keçirildi, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin qarantı oldu. Bu gün Azərbaycanda enerji sektoru ilə bərabər qeyri-neft və qaz sahələri də inkişaf edir. Ölkəmiz kosmik dövlətlər sırasına daxil olaraq böyük qələbələr qazanıb.
Möhtərəm cənab
Prezident, Sizin, xalqa arxalanaraq, Azərbaycanın
ərazi bütövlüyü uğrunda apardığınız vacib siyasətiniz ölkəmizin hər bir vətəndaşı tərəfindən
dəstəklənir. Bu istiqamətdə
apardığınız fəaliyyətdə Sizə böyük uğurlar və
cansağlığı arzulayıram.\
Əminəm ki, həyata
keçirdiyiniz siyasət ölkəmizə daha böyük
uğurlar və qələbələr gətirəcəkdir.
Dərin hörmətlə,
Asəf
Hacıyev
Qara Dəniz
İqtisadi Əməkdaşlıq Təşkilatının
Parlament Məclisinin Baş Katibi
Azərbaycan.-
2019.- 28 may.- S.3.