Efiopiya Federativ Demokratik
Respublikasının Prezidenti Zati-aliləri
xanım Sahle-Uork Zevdeyə
Hörmətli xanım Prezident,
Efiopiyanın milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, xalqınıza sülh və firavanlıq diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
24 may 2019-cu il.
Azərbaycan.- 2019.- 28 may.- S.1.