“LiFFt” festivallar
festivalı 98 ölkə üzrə 5 milyard
əhalinin yaşadığı geniş
bir ərazini əhatə edir
Mayın 27-də Heydər
Əliyev Mərkəzində Avrasiya materikinin ədəbiyyat
üzrə IV "LiFFt” festivallar festivalının Azərbaycanda
keçirilməsinə həsr olunan mətbuat konfransı təşkil
olunub.
AZƏRTAC xəbər verir ki, Avrasiya Millətlər Assambleyası və Rusiya Federasiyasının "LiFFt” Beynəlxalq Humanitar Fondu tərəfindən təşkil edilən festival sentyabrın 30-dan oktyabrın 3-dək Bakı şəhərində keçiriləcək.
Layihənin Azərbaycan tərəfdən həmtəşkilatçısı Heydər Əliyev Fondu, tərəfdaşı Bakı Kitab Mərkəzidir.
Birləşmiş Millətlər Təşkilatının himayəsi altında, UNICEF-in dəstəyi ilə keçirilən festivalın mətbuat konfransında məlumat verilib ki, Avrasiya materikinin ədəbiyyat üzrə "LiFFt” festivallar festivalı 98 ölkə üzrə 5 milyard əhalinin yaşadığı geniş bir ərazini əhatə edir.
Mətbuat konfransında IV "LiFFt” festivallar festivalının dünya ədəbiyyatının, mədəniyyətinin inkişafına, milli-mənəvi dəyərlərə diqqət yönəldilməsinə verəcəyi töhfə barədə danışılıb.
Vurğulanıb ki, festivalda nüfuzlu ədəbiyyat nümayəndələrinin iştirakı Azərbaycan ədəbiyyatının inkişafına da töhfə vermiş olacaq. Keçiriləcək ədəbiyyat forumları, "dəyirmi masa”lar, kitab sərgiləri, ustad dərsləri gənc yazarların peşəkar kimi formalaşmasında da əhəmiyyətli rol oynayacaq.
Sonra jurnalistləri maraqlandıran
suallar cavablandırılıb.
Azərbaycan.- 2019.- 28 may.- S.4.