Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla
Əliyeva Milli Onkologiya
Mərkəzinin Uşaq Klinikasında olub
Mayın 27-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbələri Milli Onkologiya Mərkəzinin Uşaq Klinikasında olublar.
AZƏRTAC xəbər verir ki, Leyla Əliyeva və akademiyanın tələbələri klinikada müalicə alan uşaqlarla görüşərək onlara rəsm çəkməyi öyrədiblər.
Leyla
Əliyevanın, Rəssamlıq Akademiyasının tələbələrinin
bu təşəbbüsü, uşaqlarla birlikdə rəsm çəkmələri
balacalar üçün
əsl sürpriz olub.
Bu, ağır xəstəlikdən əziyyət
çəkən uşaqların əhval-ruhiyyəsini
yüksəldib.
Azərbaycan.- 2019.- 28 may.- S.7.