Səninlə fəxr
edirik, Azərbaycan əsgəri!
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təşəbbüsü
və təşkilatçılığı
ilə respublikamızın
qərb bölgəsində
"Səninlə fəxr
edirik, Azərbaycan əsgəri!” devizi altında Azərbaycan Ordusuna mənəvi dəstək aksiyasına
start verilib.
UNEC-in rektoru, iqtisad elmləri doktoru, professor Ədalət
Muradovun rəhbərliyi
ilə professor-müəllim
və tələbələrdən
ibarət ilk aksiya qrupu hərbi libas geyinərək iki gün cəbhəboyu
bölgədə, ön
xətt mövqelərində
olaraq qarşılarına
qoyduqları xeyirxah və nəcib vətənpərvərlik missiyasını
layiqincə yerinə yetiriblər.
Aksiya iştirakçıları birliyin
komandanlığı tərəfindən
qarşılanıb. Əvvəlcə hərbi orkestrin ifa etdiyi milli
marşların müşayiəti
ilə xalqımızın
ümummilli lideri Heydər Əliyevin qərargahın qarşısında
bağçadakı büstü
ziyarət olunub, qarşısına qızılgüllər
düzülüb.
Aksiya iştirakçıları
hərbi hissədə
Heydər Əliyev Mərkəzi, eləcə
də hərbi qulluqçular üçün
yaradılmış yüksək
xidmət, məişət
şəraiti, hərbi
qulluqçuların problem və
qayğıları ilə
maraqlanıb, nizam-intizamın,
şəxsi heyətin
döyüş ruhunun,
vətənpərvərlik hissinin, mənəvi-psixoloji
hazırlığının yüksək səviyyədə
olmasının bir daha şahidi olublar.
Əsgər klubunda Azərbaycan Ordusuna dəstək aksiyasının
açılışına həsr olunmuş mərasimdə qrupu müşayiət edən
əməkdar incəsənət
xadimi, Prezidentin fərdi təqaüdçüsü,
polkovnik Abdulla Qurbani,
general-mayor Xəqani Cəbrayılov
Azərbaycan Prezidenti,
Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi
ilə ordu quruculuğu sahəsində
son illərdə qazanılmış
uğur və nailiyyətlərdən geniş
söhbət açıblar.
Qeyd edilib ki, UNEC-in bu təşəbbüsü təqdirəlayiqdir
və bütün ali məktəblərin,
idarə və təşkilatların kollektivləri
də bu aksiyaya qoşulmalıdırlar.
Müharibə şəraitində yaşayan bir məmləkətin hər
bir vətəndaşından
barıt qoxusu gəlməli, bütün
cəmiyyət vətənpərvərlik
hissi ilə yaşamalı, "Hər
şey ordu üçün, hər şey Qələbə üçün!” şüarı
ölkəni əhatə
etməlidir.
Rektor, professor Ədalət
Muradov UNEC-in iyirmi min nəfərlik böyük
kollektivi adından şəxsi heyəti 28
May Respublika Günü
və qarşıdan gələn Ramazan bayramı münasibətilə
ürəkdən salamlayıb,
hər bir döyüşçüyə bundan sonra da
vətənə, xalqa,
dövlətə sədaqətlə
xidmət etməyi, hərb tariximizə Aprel və Günnüt
zəfərlərinin davamı
olacaq yeni-yeni şanlı səhifələr
yazmağı arzulayıb.
Professor torpaqlarımızın
işğaldan azad edilməsi, respublikamızın
ərazi bütövlüyünün
bərpa olunması uğrunda UNEC-in kollektivinin
də müsəlləh
əsgər kimi hər bir əmrə
müntəzir olduğunu
diqqətə çatdırıb.
Sonra "Səninlə fəxr edirik, Azərbaycan əsgəri!” adlı konsert proqramı təqdim edilib. "Biz gəlirik, Qarabağ” ədəbi-bədii kompozisiyası
ilə Azərbaycan Ordusuna mənəvi dəstək aksiyasının
açılışına həsr olunmuş mərasim başa çatıb.
Həmin axşam aksiya iştirakçıları şəxsi
heyətlə birlikdə
şam yeməyində
iştirak edib, rəmzi döyüş növbəsində dayanıb,
əsgər yataqxanasında
gecələyiblər.
Aksiyanın ikinci günü cəbhəyanı bölgədə,
hərbi hissələrin
dayaq məntəqələrində,
ön xətt mövqelərində silsilə
tədbirlər keçirilib. Döyüşçülərə UNEC-in professor-müəllim və tələbə heyətinin Azərbaycan əsgərinə müraciəti
dərc olunmuş kitabçalar təqdim olunub. Rektor professor Ədalət Muradov, Rövnəq Rzayev, Aqil Əzizov, Elçin Səmədov, Fərhad Mikayılov, Şamil Əliyev, eləcə də təhsildə və ictimai işlərdə fəallıq göstərən
tələbələr əsgərlər
qarşısında çıxış
edib, səmimi söhbət aparıb, onları maraqlandıran sualları cavablandırıblar.
Hərbi xidmətdə fərqlənən
əsgər və zabitlərə UNEC-in təsis
etdiyi xüsusi mükafatlar, hədiyyələr
təqdim olunub.
Azərbaycan Ordusuna mənəvi dəstək
aksiyasının ilk qrupunun
rəhbəri professor Ədalət
Muradov cəbhəboyu
bölgədən ayrılarkən
döyüşçülər qarşısında çıxışını
Azərbaycan Prezidenti,
Silahlı Qüvvələrin
Ali Baş Komandanı
cənab İlham Əliyevin dediyi fikirlərlə tamamlayıb:
"Azərbaycan Ordusu
dünya miqyasında güclü ordular sirasındadır... Ordumuzun
maddi-texniki bazası böyük dərəcədə
möhkəmlənmişdir... Döyüş qabiliyyəti
ən yüksək səviyyədədir... Ruh yüksəkliyi
var. Ordumuzun, əsgərlərimizin,
zabitlərimizin mənəvi-psixoloji
durumu çox yüksəkdir. Nəinki orduda,
bütün cəmiyyətdə
vətənpərvərlik hissi yüksəkdir.
Bütün cəmiyyət vahid
amal uğrunda birləşib”.
UNEC-in təşəbbüsü
ilə "Səninlə
fəxr edirik, Azərbaycan əsgəri!”
devizi altında keçirilən Azərbaycan
Ordusuna mənəvi dəstək aksiyası 26
iyun - Silahlı Qüvvələr gününədək
birlik, birləşmə,
hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində, eləcə də universitetdə davam etdiriləcək.
Azərbaycan.- 2019.-28 may.- S.9.