Bakıda London derbisi
Sabah paytaxtımız UEFA Avropa
Liqasının final matçının
şahidi olacaq
Avropa futbolunun böyük həyəcanla gözlədiyi
gün gəlib çatdı. Sabah Bakı
qitənin nüfuzlu klub turnirlərindən olan UEFA Avropa Liqasının finalına
evsahibliyi edəcək.
Bakı Olimpiya Stadionunda keçiriləcək
həlledici matçda
İngiltərənin "Çelsi”
və "Arsenal” komandaları
üz-üzə gələcək.
Yerli vaxtla saat 23:00-da başlayacaq
London derbisi arenada toplaşacaq on minlərlə
azarkeşə əsl
futbol festivalı yaşadacaq. Həlledici qarşılaşmada qalib gələn komanda gələn mövsüm UEFA Çempionlar
Liqasının qrup mərhələsinə vəsiqə
qazanacaq.
Xatırladaq ki, Avroliqanın finalının
2019-cu ildə Bakıda
keçirilməsi haqqında
qərar UEFA İcraiyyə
Komitəsinin 20 sentyabr
2017-ci il tarixli iclasında verilib. Azərbaycan Prezidenti İlham Əliyev 7 may 2018-ci ildə
final matçının paytaxtımızda
keçirilməsi ilə
əlaqədar təşkilat
komitəsinin yaradılması
haqqında sərəncam
imzalayıb. Final oyununu tələb olunan səviyyədə keçirmək üçün
yerli təşkilat komitəsi nəzərdə
tutulan bütün işləri vaxtlı-vaxtında
icra edib, üzərinə götürdüyü
öhdəlikləri yerinə
yetirib.
Artıq bir neçə gündür Bakı qonaq-qaralıdır. Ölkəmizə gəlmiş azarkeşlər
həlledici matçın
ən müasir arenada keçirildiyini qeyd etməklə yanaşı, Azərbaycan
xalqının səmimiliyinə
və qonaqpərvərliyinə,
Bakının və bütövlükdə ölkənin
sürətli inkişafına
heyran qaldıqlarını
bildirirlər.
Final görüşü
ilə əlaqədar
reallaşdırılan silsilə
tədbirlər çərçivəsində
Dənizkənarı Milli
Parkda azarkeş festivalı keçirilir. Avroliqanın kubokunun nümayiş olunduğu festivalda məşhur futbolçular
- İngiltərə millisinin
sabiq hücumçusu
Maykl Ouen və İtaliya yığmasının keçmiş
qapıçısı Françesko
Toldo da iştirak edirlər.
Festivala böyük maraq göstərən şəhər
ictimaiyyətinin nümayəndələri,
futbol həvəskarları
Avroliqanın kuboku və tanınmış futbolçularla xatirə şəkilləri çəkdirirlər. Azərbaycanın ən yaxşı DJ-ləri, musiqi qrupları və incəsənət ustaları
rəngarəng çıxışları
ilə festival iştirakçılarına
xoş anlar yaşadırlar.
... Bəli, Avropanın futbolla
bu və ya digər dərəcədə
əlaqəli olan dairələri finaldan danışır, matçın
paytaxtımızda baş
tutmasından razılıq
hissi keçirirlər.
Təşkil olunacaq final oyunu
barədə susanlar isə yalnız "Köhnə dünya”nın
siyasi dairələrinin
nümayəndələridir. Susqunluğun səbəbi
də məlumdur: Avropa siyasəti bundan dörd il öncə
"Bakı-2015” I Avropa Oyunlarının
timsalında qitə idmanı ilə mübarizəyə girişmiş,
amma məğlubiyyətə
uğramışdır! Siyasət
idmanı yerində oturtmağa çalışmış,
ancaq idman siyasətə yerini göstərmişdir!
Doğrudur, siyasətin idmana qarışması yeni fakt deyil. İrimiqyaslı idman tədbirləri ərəfəsində xarici
bədnam qüvvələr
bəyənmədiyi ayrı-ayrı
təşkilatçı ölkələrə
insan hüquqlarını
bəhanə gətirərək
təzyiq göstərməyə
cəhd edir. Son hadisələr qarayaxma kampaniyasının
uğursuzluqla nəticələndiyini
və bədxahların
susmaqdan başqa çarəsi qalmadığını
növbəti dəfə
nümayiş etdirdi.
Avroliqanın final matçında
start fitinin çalınmasına
az qalır. Futbolçulara və azarkeşlərə
uğurlar arzulayırıq.
Oyunçu aparsın!
Elçin CƏFƏROV,
Azərbaycan.- 2019.- 28 may.- S.10.