UEFA-nın prezidenti Avroliqanın final oyununun keçirilməsi üçün niyə Bakını seçdiklərini açıqlayıb

 

UEFA-nın prezidenti Aleksander Çeferin Almaniyanın "Der Spiegel” jurnalına müsahibəsində Avroliqanın final oyununun keçirilməsi üçün niyə Bakını seçdiklərini açıqlayıb.

"Niyə? Çünki orada yaşayan insanlar futbolu sevirlər. Təkcə İngiltərə Almaniyada deyil, hər yerdə futbolu inkişaf etdirməliyik. Bakıdakı azarkeşlər canlı futbol görmək istəyində haqlı deyillərmi?! Klublar birbaşa biletləri geri qaytarıblar, çünki hamısını sata bilməyiblər. Yeri gəlmişkən, mən asanlıqla uçuşlar üçün aviabiletlərin olduğunu söylədim. Lakin kimsə bu haqda danışmır. Həmişə UEFA günahkar kimi göstərilir. Bu populizmdir. Hər klubun səyahət edən azarkeşlərini dəstəkləmək üçün konstruktiv təklifi, yaxud fondu olur”, - deyə Çeferin bildirib.

UEFA prezidenti qeyd edib ki, əlbəttə, Bakı Londondan uzaqdır, lakin yeri təyin edərkən finalda hər iki komandanın İngiltərədən olacağı bilinmirdi.

Çeferin erməni əsilli futbolçu Henrix Mxitaryanın təhlükəsizlik bəhanəsi ilə Bakıya gəlməməsinə toxunub. "Azərbaycan hərtərəfli təhlükəsizlik planı zəmanət təqdim etdi. Lakin gəlməmək oyunçunun öz qərarı idi”, - deyə UEFA prezidenti vurğulayıb.

 

AZƏRTAC

 

Azərbaycan.- 2019.- 28 may.- S.10.