Azərbaycan Respublikasının
Prezidenti Zati-aliləri
cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Respublika Günü münasibəti
ilə Sizi və Azərbaycan xalqını öz adımdan və Polşa xalqı adından ürəkdən
təbrik edirəm.
Azərbaycanı Polşa ilə tarixi əlaqələr, əməkdaşlıq, anlaşma
və dostluq münasibətləri bağlayır. Polşa ilə
Azərbaycan arasında
həm siyasi, həm iqtisadi əlaqələrin daha da intensivləşəcəyinə
ümid edirəm.
Bizim əlaqələrimiz böyük
potensiala malikdir.
Ümidvaram ki, bu potensial gələcəkdə
daha da inkişaf
edəcək və reallaşacaqdır.
Möhtərəm cənab Prezident, ölkənizə və bütün Azərbaycan vətəndaşlarına uğur,
sülh və hərtərəfli inkişaf
arzu edirəm.
Dərin hörmətlə,
Andjey Duda
Polşa Respublikasının
Prezidenti
Azərbaycan.- 2019.- 30 may.- S.6.