Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli cənab Prezident.

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizə öz adımdan və Xorvatiya Respublikasının vətəndaşları adından ən səmimi təbriklərimi çatdırır, dövlətinizə və vətəndaşlarınıza firavanlıq arzulayıram.

Xorvatiya Respublikası Azərbaycan Respublikası ilə dostluq və tərəfdaşlıq əlaqələrini yüksək dəyərləndirir. Mən əminəm ki, bizim bir çox sahələrdə sıx əlaqələrimiz və əməkdaşlığımız xalqlarımız arasındakı dostluğun və qarşılıqlı anlaşmanın daha da inkişaf etməsinə və güclənməsinə töhfə verəcəkdir.

İkitərəfli əməkdaşlığımızın və tərədaşlığımızın gücləndirilməsinə əlavə stimul vermiş Xorvatiyaya rəsmi səfərinizi məmnunluqla xatırlayıram. Nümayəndə heyətlərimiz arasındakı danışıqlar və müzakirələr zamanı vurğuladığımız kimi, Xorvatiya Respublikası ilə Azərbaycan Respublikası arasında energetikaiqtisadiyyatdan tutmuş mədəniyyət, elm, texnologiya və təhsilə qədər bütün sahələrdə əməkdaşlığı inkişaf etdirmək və dərinləşdirmək üçün böyük imkanlar vardır. Ümidvaram ki, qarşıdakı illərdə Xorvatiya və Azərbaycan şirkətləri arasındakı əməkdaşlıq daha da inkişaf edəcəkdir.

Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Səmimiyyətlə,

 

Kolinda Qrabar-Kitaroviç

Xorvatiya Respublikasının Prezidenti

 

Azərbaycan.- 2019.- 30 may.- S.6.