Azərbaycan Respublikasının
Prezidenti Zati-aliləri
cənab İlham Əliyevə
Zati-aliləri.
Milli bayramınız - Respublika
Günü münasibətilə
Sizə və ölkənizin vətəndaşlarına
İsveçrə Federal Şurası
və İsveçrə
xalqı adından ən xoş arzularımı çatdırmaqdan
böyük məmnunluq
hissi duyuram. Bu xoş
fürsətdən istifadə
edərək, ali dövləti fəaliyyətinizdə Sizə
yeni uğurlar, ölkənizə və xalqınıza daha parlaq gələcək arzu edirəm.
Bu il
yanvarın 23-də Davos
şəhərindəki görüşümüzü
məmnuniyyətlə xatırlayıram.
Həmin
görüş zamanı
ölkələrimiz arasındakı
möhkəm dostluq münasibətlərini yenidən
nəzərdən keçirmək
imkanımız oldu.
İsveçrə Konfederasiyası Azərbaycan
Respublikası ilə sıx münasibətlərin
qorunub saxlanılmasına
sadiqliyini və bu istiqamətdə aparılan uğurlu fəaliyyətin hər iki dövlətin mənafeyi naminə davam edəcəyinə ümidvar olduğunu bildirir.
Zati-aliləri, Sizə ən yüksək ehtiramımı
qəbul etməyinizi xahiş edirəm.
Hörmətlə,
Ueli Maurer
İsveçrə Konfederasiyasının
Prezidenti
Azərbaycan. - 2019.- 30 may.- S.6.