Vyetnam Sosialist
Respublikasının Prezidenti
Nquyen Fu Çonqdan
Azərbaycan Respublikasının
Prezidenti Zati-aliləri
cənab İlham Əliyevə
Hörmətli Prezident.
Milli bayramınız - Respublika
Günü münasibətilə
Zati-alinizə və bütün Azərbaycan xalqına Vyetnam Hökuməti və xalqı adından ən xoş təbriklərimi çatdırmaq
istəyirəm.
Cənab Prezident,
Zati-alinizin rəhbərliyi
ilə Azərbaycanın
regionda və dünyada rolunun artmasından və mövqeyinin möhkəmlənməsindən,
xalqınızın qazandığı
böyük sosial-iqtisadi
uğurlardan məmnunluq
hissi keçiririk.
Vyetnam xalqlarımızın maraqları
naminə ölkələrimizin
liderləri və xalqları tərəfindən
uzun illər ərzində yaradılmış
və inkişaf etdirilmiş səmərəli
əlaqələrimizi bütün
sahələrdə hər
zaman təqdir edərək gücləndirmək
niyyətindədir.
Son zamanlar
Vyetnam-Azərbaycan əməkdaşlığının
nəticələrini yüksək
qiymətləndirirəm. Mən
tam əminəm ki, ölkələrimizin liderlərinin
güclü siyasi iradəsi və birgə səyləri sayəsində Vyetnamla Azərbaycan arasındakı
dostluq münasibətləri
və əməkdaşlıq
ölkələrimizin inkişafına,
bölgədə və
dünyada sülhə,
sabitliyə və rifaha əhəmiyyətli
dərəcədə töhfə
verməklə səmərəli
şəkildə genişləndiriləcəkdir.
Mən Azərbaycanın daim firavan olmasını arzulayıram.
Zati-aliləri, Sizə
möhkəm cansağlığı
və ali
dövləti vəzifənizdə
uğurlar arzulayıram.
Dərin hörmətlə,
Nquyen Fu Çonq
Vyetnam Sosialist
Respublikasının Prezidenti
Azərbaycan.- 2019.- 30 may.- S.6.