"Müstəqillik, suverelik, öz taleyimizi təyin etmək
imkanı vətəməzən inkişafı üçün başlıva şərtdir"
Birinci vitse-prezident
Mehriban Əliyeva 28
May - Respublika Günü
münasibətilə xalqımızı
təbrik edib münasibətilə xalqımızı
təbrik edib
Müstəqillik, suverenlik, öz taleyimizi təyin etmək imkanı Vətənimizin inkişafı üçün başlıca şərtdir. Bu gün biz Respublika Gününü güclü və müstəqil Azərbaycanda qarşılayırıq.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın 28 May - Respublika Günü münasibətilə xalqımıza ünvanladığı təbrikdə yer alıb.
Təbrikdə deyilir: "Əziz həmvətənlər, Sizi Respublika Günü münasibətilə təbrik edirəm.
101 il əvvəl bu gün Azərbaycan Xalq
Cümhuriyyəti – müsəlman aləmində ilk demokratik respublika elan olunub. Azərbaycanın çoxəsrlik tarixə
malik dövlətçilik ideyaları yeni, mütərəqqi formada
dirçəlib. Azərbaycan Xalq
Cümhuriyyətinin qısa, lakin parlaq taleyi bizim
milli mənlik şüurumuzda
dərin iz qoyub. Onun ideyaları, onun irsi bizim müasir
dövlətçiliyimizin tarixi və mənəvi
təməlini təşkil edib. Müstəqillik,
suverenlik, öz taleyimizi təyin etmək imkanı Vətənimizin
inkişafı üçün
başlıca şərtdir. Bu gün biz Respublika
Gününü güclü
və müstəqil Azərbaycanda qarşılayırıq. Sizin hamınıza səadət, xoş günlər və sevgi,
Vətənimizə isə firavanlıq, rifah,
sülh və tərəqqi diləyirəm".
Azərbaycan.- 2019.-30 may.- S.1.