Güclü tərəfdaşlıq
əlaqələrin göstəricisidir
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev mayın 29-da Amerika Birləşmiş Ştatları
Dövlət Departamentinin
Enerji Ehtiyatları Bürosunda ABŞ-ın Dövlət katibi köməkçisinin birinci
müavini Kent Loqsdonun
rəhbərlik etdiyi nümayəndə heyətini
qəbul edib.
AZƏRTAC xəbər
verir ki, dövlətimizin başçısı,
ilk növbədə, Amerika
Birləşmiş Ştatlarının
Prezidenti Donald Trampın
göndərdiyi məktuba
görə minnətdarlığını
bildirdi, bunu güclü tərəfdaşlıq
əlaqələrimizin göstəricisi
kimi dəyərləndirdi
və son bir neçə gündə
ABŞ Prezidenti tərəfindən
iki məktubun ünvanlanmasını yüksək
qiymətləndirdi.
Qəbula görə
minnətdarlığını bildirən Amerika Birləşmiş Ştatları
Dövlət Departamentinin
Enerji Ehtiyatları Bürosunda ABŞ-ın Dövlət katibi köməkçisinin birinci
müavini Kent Loqsdon Bakıda keçirilən
XXVI Beynəlxalq "Xəzər
Neft və Qaz-2019” sərgi və konfransında iştirakdan
məmnunluqlarını bildirdi
və bu mühüm tədbirin
26-cı ildönümü münasibətilə təbriklərini
çatdırdı.
Prezident İlham
Əliyev Azərbaycanda
keçirilən XXVI Beynəlxalq
"Xəzər Neft və Qaz-2019” sərgi və konfransının əhəmiyyətinə toxundu,
tədbirin uzun illərdir ki, dünyanın aparıcı
şirkətlərini cəlb
etdiyini vurğulayaraq Amerika Birləşmiş Ştatlarının burada
geniş şəkildə
təmsil olunmasının
önəmini qeyd etdi.
Söhbət zamanı "Cənub Qaz Dəhlizi” layihəsinin icrası, energetika, bərpa olunan enerji mənbələri,
biznes sahəsində əməkdaşlığın perspektivləri ətrafında
fikir mübadiləsi aparıldı.
Azərbaycan.- 2019.- 30 may.- S.4.