Birinci vitse-prezident
Mehriban Əliyeva
“Rothschild Global Financial Advisory” şirkətinin
rəhbəri ilə görüşüb
Azərbaycan Respublikasının
Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mayın 29-da
"Rothschild Global Financial Advisory” şirkətinin
rəhbəri David dö
Rotşild ilə görüşüblər.
AZƏRTAC xəbər
verir ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva "Rothschild Global Financial Advisory” şirkətinin rəhbəri
David dö Rotşildi
Bakıda görməkdən
məmnunluğunu bildirdi.
Xatırladaq ki, bu ilin mart ayında
Parisə səfəri
çərçivəsində Mehriban Əliyeva David dö Rotşild ilə görüşü
zamanı onu Bakıya dəvət etmişdi. Həmin səfər zamanı
Azərbaycan Mərkəzi
Bankı ilə
"Rothschild Global Financial Advisory” şirkəti
arasında strateji əməkdaşlıq haqqında
saziş imzalanmışdı.
"Rothschild Global Financial Advisory” şirkətinin rəhbəri
David dö Rotşild bu görüşdən şad olduğunu bildirərək, Rotşildlərin
Azərbaycandakı fəaliyyətinin
tarixi köklərinin
olduğunu dedi.
Söhbət zamanı əməkdaşlıqla
bağlı fikir mübadiləsi aparıldı.
Azərbaycan.- 2019.- 30 may.- S.4.