Amerika Birləşmiş
Ştatlarının Prezidenti
Donald Trampdan
Hörmətli cənab Prezident.
Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin
keçirilməsinin 26-cı ildönümü ilə əlaqədar ən xoş arzularımı qəbul etməyinizi xahiş edirəm.
Azərbaycan özünün tarixində
bugünkü qədər
firavan və qlobal iqtisadiyyata bağlı olmamışdır. Cənub Qaz
Dəhlizi daxil olmaqla, Azərbaycanda hasil olunan neft
və qaz dünya enerji bazarlarında sabitliyi artırmaqda davam edir.
Türkmənistan və Şərqi Aralıq dənizi hövzəsi ölkələri
kimi digər potensial təchizatçılarla
tərəfdaşlıq quraraq
Azərbaycan daha böyük liderlik rolu oynaya bilər. Ölkənizin uğurlarını genişləndirməyin
əsl vaxtıdır.
Amerika Birləşmiş Ştatları
xarici sərmayələrin
cəlb edilməsi və innovasiyaların təşviqinə xidmət
edəcək iqtisadi islahatların davam etdirilməsində səylərinizi
dəstəkləyir. Azərbaycanın iqtisadi uğuru bütün regiona sabitliyin gətirilməsinə
yardım edəcəkdir.
Mən birgə səylərimizlə
Cənubi Qafqazın daha da dinc,
demokratik və firavan olması üçün əməkdaşlığımızın
davamlı olmasını
arzulayıram.
Səmimiyyətlə,
Donald Tramp
Amerika Birləşmiş
Ştatlarının Prezidenti
Azərbaycan.- 2019.-30 may.- S.1.