Azərbaycanın diplomatik xidmət
orqanlarının 100 illiyi və Respublika Günü Romada da qeyd
olunub
Azərbaycanın İtaliyadakı səfirliyi tərəfindən Romada 28 May - Respublika Günü və Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının yaranmasının 100 illiyi münasibətilə rəsmi ziyafət təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə İtaliyanın dövlət rəsmiləri, xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Emanuela Del Re, dövlət idarəçiliyi üzrə dövlət katibi Mattia Fantinati, Deputatlar Palatası sədrinin müavini Ettore Rosato, Xarici İşlər Nazirliyinin baş katibi Elisabetta Belloni, İtaliya Respublikası Prezidentinin Katibliyinin rəhbəri Simone Querrini, İtaliya Respublikası Prezidentinin diplomatik müşaviri Emanuela D'Alessandra, İtaliya Respublikası Prezidentinin informasiya məsələləri üzrə müşaviri Canfranko Astori, Senatın xarici əlaqələr daimi komissiyasının sədri Vito Petroçelli, Senatın ədliyyə daimi komissiyasının sədri Andrea Ostellari də daxil olmaqla çoxsaylı parlamentarilər, dövlət qurumlarının rəhbər şəxsləri, ölkədə akkreditə olunan diplomatik korpusun üzvləri, kütləvi informasiya vasitələrinin təmsilçiləri, İtaliyanın işgüzar, elmi, akademik, mədəniyyət, incəsənət dairələrinin nümayəndələri, o cümlədən məşhur müğənni Albano Karrisi, Oskar mükafatçısı, rejissor və ssenarist Cianni Kuaranta və tanınmış maestro Alvise Kasellati iştirak ediblər.
Tədbirə İtaliyada səfərdə olan Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də qatılıb.
Əvvəlcə İtaliyanın və Azərbaycanın dövlət himnləri səsləndirilib.
Tədbirdə çıxış edən ölkəmizin İtaliyadakı səfiri Məmməd Əhmədzadə 28 May-Respublika Gününün Azərbaycan tarixindəki önəmini vurğulayıb, bu il bu bayramla Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının yaranmasının 100 illiyinin birgə qeyd olunmasının xüsusi əhəmiyyət kəsb etdiyini bildirib.
Müstəqillik illərində ölkəmizin əldə etdiyi nailiyyətlərdən, xarici siyasətin uğurlarından bəhs edən diplomat Azərbaycan və İtaliya arasında strateji tərəfdaşlığın mövcud olduğunu bildirib. Qeyd edib ki, son illərdə həyata keçirilən yüksək səviyyəli qarşılıqlı səfərlər ölkələrimiz arasında müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadiyyat, xüsusilə də enerji sahəsində əməkdaşlığın genişlənməsində xüsusi rol oynayıb. Bildirilib ki, bu günlərdə qədim Romanın Fori İmperiali ərazisində Azərbaycan hökumətinin dəstəyi ilə aparılan arxeoloji qazıntı işləri nəticəsində eramızın I-II əsrinə aid aşkarlanan önəmli tapıntı iki ölkə arasında mədəniyyət sahəsində sıx əlaqələrin mövcudluğunun göstəricisidir.
İtaliya hökuməti adından çıxış edən xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Emanuela Del Re müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin tarixi önəmindən, İtaliya ilə qurduğu diplomatik təmaslardan danışıb. O, Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən sonra iki ölkə arasında münasibətlərin daim inkişaf etdirildiyini, əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldildiyini deyib. Nazir müavini ötən il İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın Azərbaycana dövlət səfərinin, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın İtaliyaya rəsmi səfərinin əlaqələrin yüksək səviyyəsinin bariz nümunəsi olduğunu bildirib.
Ölkələrimiz arasında geniş iqtisadi gündəliyin olduğunu vurğulayan Emanuela Del Re İtaliyanın Azərbaycanın ən böyük ticarət tərəfdaşı, Azərbaycanın isə İtaliyanın ən böyük xam neft və ikinci ən böyük enerji təchizatçısı olduğunu deyib. O, "Cənub qaz dəhlizi”nin bir hissəsi olan Transadriatik boru kəmərinin strateji önəmini və enerji təhlüksəziliyinin təmin olunmasındakı əhəmiyyətini xüsusi vurğulayıb.
Nazir müavini Azərbaycan və İtaliya arasında mədəniyyət sahəsində də sıx mübadilələrin həyata keçirildiyini bildirərək Azərbaycan hökuməti tərəfindən İtaliyanın maddi-mədəni irsinin qorunmasına göstərilən dəstəyi və bunun nəticələrini yüksək qiymətləndirib.
Ölkəmizin regional təhlükəsizlik və əməkdaşlıqdakı önəmli rolunu qeyd edən Emanuela Del Re Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hələ də nizamlanmamasının narahatlıq doğurduğunu, münaqişənin yaratdığı ağır humanitar fəsadların təəssüfedici olduğunu, İtaliyanın ötən il ATƏT-in fəaliyyətdə olan sədri kimi danışıqlar prosesinə töhfə verməyə çalışdığını, problemin həllinin Ermənistan və Azərbaycan arasında dialoqdan keçdiyini və buna ölkəsinin töhfə verməyə hazır olduğunu söyləyib. Bir neçə il əvvəl Azərbaycanda səfərdə olduğunu, Azərbaycan mədəniyyətinə, ənənələrinə heyran olduğunu, özünü ölkəmizin yaxın dostu hesab etdiyini söyləyən nazir müavini Emanuela Del Re İtaliya hökuməti adından 28 May-Respublika Günü və diplomatik xidmət orqanlarının yaranmasının 100 illiyi münasibətilə Azərbaycan xalqını və azərbaycanlı həmkarlarını təbrik edib.
Sonra çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan Xalq Cümhuriyyətinin ölkəmizin tarixindəki yeri, Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra keçdiyi inkişaf yolu, ölkəmizin xarici siyasət istiqamətləri və prioritetləri, əldə olunmuş nailiyyətlərə toxunub. Şöbə müdiri Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə istinad edərək bildirib ki, əgər Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları bugünkü Azərbaycanı görə bilsəydilər, onlar da ölkəmizlə fəxr edərdilər.
Azərbaycanın iştirakı ilə həyata keçirilən beynəlxalq və regional enerji, nəqliyyat layihələrindən bəhs edən Hikmət Hacıyev ölkəmizin Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələrdən danışıb, həmçinin regional təhlükəsizliyə olan təhdidlərə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunub.
Ölkələrimiz arasında yaxın dostluq əlaqələrinin, yüksək səviyyəli siyasi dialoqun və sıx əməkdaşlığın mövcud olduğunu bildirən Hikmət Hacıyev İtaliyanı Azərbaycanın Avropa İttifaqında ən yaxın tərəfdaşlarından biri kimi səciyyələndirib. Şöbə müdiri ölkələrimiz arasında iqtisadiyyat, enerji və mədəniyyət sahələrində həyata keçirilən layihələrin, o cümlədən Transadriatik boru kəmərinin istifadəyə verilməsinin xalqlarımızı növbəti onilliklərdə bir-birinə daha da sıx bağlayacağını deyib.
Tədbirdə İtaliyanın məşhur Santa Çeçilia Musiqi Akademiyasının tələbəsi, çoxsaylı beynəlxalq müsabiqələrin qalibi, pianoçu Müşfiq Quliyevin ifasında Azərbaycan bəstəkarlarının musiqilərindən ibarət konsert proqramı təqdim olunub.
***
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İtaliyaya səfəri çərçivəsində Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının yaranmasının 100 illiyi münasibətilə Romada təşkil olunmuş elmi-akademik tədbirlərdə çıxış edib.
AZƏRTAC xəbər verir ki, Hikmət Hacıyev tədbirlərdə Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixinə nəzər salaraq həmin dövrdə atılmış mühüm addımlardan, ölkəmizin dövlət müstəqilliyini bərpa etdikdən sonra keçdiyi tarixi yol və inkişaf strategiyasından bəhs edib.
İtaliyanın beynəlxalq münasibətlər sahəsi üzrə ixtisaslaşmış aparıcı beyin mərkəzlərindən olan İtaliya Beynəlxalq Təşkilat Cəmiyyətində (SIOI - Societ Italiana per l'Organizzazione Internazionale) "Azərbaycanın xarici siyasəti: imkanlar və çağırışlar” adlı konfransında İtaliyanın sabiq xarici işlər naziri və SIOI-nin prezidenti Franko Frattini Azərbaycanın regionda sülh və sabitliyin qorunub saxlanılmasına verdiyi töhfələrdən, əldə etdiyi nailiyyətlərdən bəhs edib, ölkəmizin multikulturalizm nümunəsi kimi artan rolundan danışıb.
Azərbaycan ilə İtaliya arasında yüksək səviyyəli siyasi dialoq, strateji tərəfdaşlıqdan söz açan F.Frattini mövcud siyasi, iqtisadi, mədəni və digər sahələrdə çoxşaxəli əlaqələrə toxunub.
Tədbirdə çıxış edən Hikmət Hacıyev Azərbaycanın xarici siyasət istiqamətləri və prioritetləri, əldə olunmuş nailiyyətlər, ölkəmizin iştirakı ilə həyata keçirilən beynəlxalq və regional enerji və nəqliyyat layihələri və təşəbbüslərdən söz açaraq ölkəmizin regional səviyyədə siyasi dialoqa, iqtisadi inkişafa, əməkdaşlığa, Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələrdən danışıb. Çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan H.Hacıyev ölkəmizin prinsipial mövqeyini iştirakçıların diqqətinə çatdırıb.
Konfrans sual-cavabla davam etdirilib.
H.Hacıyev habelə
İtaliyanın aparıcı
universitetlərindən olan
Roma Sapienza Universitetində
Azərbaycanşünaslıq fəaliyyətinin rəhbəri,
professor Daniel Pommierin müəllifi olduğu
"Azərbaycanın beynəlxalq
tarixi (1919-1920)” adlı
kitabın təqdimat mərasimində də çıxış edərək,
Azərbaycan diplomatiyasının
keçdiyi tarixi yol, ölkəmizin xarici siyasətinin prioritetləri barədə
məlumat verib.
Kitab Azərbaycan Respublikasının Beynəlxalq
İnkişafa Yardım
Agentliyi (AİDA) və
Roma Sapienza Universitetinin
birgə əməkdaşlığı
nəticəsində ərsəyə
gəlib və Azərbaycan Respublikasının
diplomatik xidmət orqanlarının 100 illik yubileyi münasibətilə
çap olunub. Kitabda Azərbaycan Xalq Cümhuriyyətinin 1919-1920-ci illəri
əhatə edən xarici siyasəti, həmin dövr ərzində Azərbaycan
nümayəndə heyətinin
Paris Beynəlxalq Sülh
Konfransında iştirakı
və həmin illərdə Azərbaycan-İtaliya
münasibətlərindən bəhs olunur.
Tədbirdə, eləcə
də Roma Sapienza Fondunun sədri Antonello Biagini, universitetin professorları
Giovanna Motta, Fabio Grassi və
kitabın müəllifi
Daniel Pommier Vincelli də çıxış
ediblər.
***
Azərbaycan Respublikası
Prezidenti Administrasiyasının
Xarici siyasət məsələləri şöbəsinin
müdiri Hikmət Hacıyev İtaliyaya səfəri çərçivəsində
İtaliya Respublikası
Prezidentinin diplomatik müşaviri səfir Emanuela D'Alessandro, Baş nazirin diplomatik müşaviri səfir Pietro Benassi və Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq
Nazirliyinin Siyasi Məsələlər və
Təhlükəsizlik Baş
Direktorluğunun rəhbəri
səfir Sebastiano Kardi ilə görüşlər keçirib.
AZƏRTAC xəbər
verir ki, görüşlərdə iki
ölkə arasında
münasibətlərin yüksək
səviyyəsindən məmnunluq
ifadə olunaraq, ötən müddətdə
həyata keçirilmiş
yüksək səviyyəli
qarşılıqlı səfərlərin
ölkələrimiz arasında
strateji tərəfdaşlığın
daha da möhkəmlənməsinə,
əməkdaşlığın bütün istiqamətlərdə
genişlənməsinə töhfə verdiyi bildirilib. Qarşılıqlı səfərlərin dinamikasının davam etdirilməsinin əhəmiyyəti
vurğulanıb.
Azərbaycan ilə İtaliya arasında bütün sahələrdə,
o cümlədən iqtisadi
sahədə səmərəli
əməkdaşlığın mövcudluğundan, İtaliyanın
Azərbaycanın ən
böyük ticarət
tərəfdaşı, ölkəmizin
isə İtaliyanın
ən böyük xam neft təchizatçısı
olmasından söz açılaraq növbəti
illərdə bu əlaqələrin daha da inkişaf etdirilməsi ətrafında
fikir mübadiləsi aparılıb.
Habelə görüşlərdə "Cənub qaz dəhlizi”nin strateji əhəmiyyəti, bu dəhlizin tərkib hissəsi olan Transadriatik Boru Kəmərinin tikintisi ilə bağlı işlərin razılaşdırılmış
qrafik üzrə vaxtında yekunlaşdırılmasının
vacibliyi vurğulanaraq,
bu boru kəmərinin
istismara verilməsinin
iki ölkə arasında əməkdaşlığın
dərinləşməsinə əlavə töhfə verəcəyi qeyd olunub. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinə toxunan
Hikmət Hacıyev münaqişənin nizamlanması
üzrə aparılan
danışıqların cari
vəziyyəti barədə
məlumat verərək
bu məsələdə
ölkəmizin prinsipial
mövqeyini qarşı
tərəfin diqqətinə
çatdırıb.
Görüşlərdə habelə regional məsələlər,
Azərbaycan-Avropa İttifaqı
əməkdaşlığı, bu xüsusda İtaliyanın töhfələri,
ölkəmizin transmilli
nəqliyyat dəhlizlərinin
inkişafında rolu,
Azərbaycan və İtaliya arasında humanitar sahədə əməkdaşlıq və
qarşılıqlı maraq
kəsb edən digər mövzular ətrafında da fikir mübadiləsi aparılıb.
Azərbaycan.- 2019.- 30 may.- S.7.