Siyasi şounun ikinci mərhələsi: Ermənistan hərc-mərclik və xaos burulğanında

 

İrəvanda ara yenidən qarışıb. Ümumi yurisdiksiya məhkəməsinin Robert Koçaryanı zaminə buraxmasına hökumət sərt reaksiya verib. Bu hadisənin baş verməsinə qədər hakimiyyət heç bir şey etməyib.

Lakin sonradan bunun həyati əhəmiyyətli məsələ olduğunu bəyan edərək radikal çağırışlar edib. Konkret olaraq Nikol Paşinyan insanları küçələrə çağırıb və məhkəmə binalarını mühasirəyə almağa səsləyib. Bu addım ölkədə əks-səda yaradıb. Bir sıra siyasi partiyalar, hüquqşünaslar və ekspertlər baş nazirin özünün qanunsuz davrandığını bəyan ediblər. Ombudsman bu barədə açıq və konkret danışıb. Prezident Armen Sarkisyan da dolayısı ilə konstitusiyaya əməl etməkdən və xalqın maraqlarını gözləməkdən bəhs edib. Bütün bunların siyasigeosiyasi məzmunu üzərində geniş dayanmağa ehtiyac görürük.

 

Toqquşma: siyasi səhnədə qarşıdurma güclənir

 

Cənubi Qafqazın forpost ölkəsində yenidən böyük siyasi qalmaqal yaranıb. Keçmiş separatçı və "prezident” R.Koçaryanı mayın 19-da ümumi yurisdiksiya məhkəməsi zaminlik əsasında həbsdən azad edib. O, tamamilə azad olunmayıb, özü kimi iki erməni separatçı - Bako Saakyan (Dağlıq Qarabağdakı qanunsuz rejimin indiki başçısı) və Arkadi Qukasyan (kriminal rejimin keçmiş başçısı) hərəsinə 1000 ABŞ dolları verməklə zaminə buraxılıb. Hakimiyyət dərhal bu hadisəyə reaksiya verib.

Baş nazir N.Paşinyan bunu erməni dövlətçiliyinə xəyanət adlandıraraq insanları yenidən küçələrə çağırıb. Onun sözlərinə görə, Dağlıq Qarabağdakı ermənilər Ermənistandakı korrupsiya sistemindən daha çox zərər görüblər. Əvvəlki iqtidar Qarabağdakı əlaqələrindən istifadə edərək indiki Ermənistan hakimiyyəti haqqında yalan məlumatlar yayır. Hətta hərbi əməliyyatların başlaması üçün şantaj edirlər. Yəni məqsədləri Azərbaycanı hərbi əməliyyatlara təhrik etməkdir və torpaqların bir qismini azərbaycanlılara qaytarmaq planları mövcuddur. N.Paşinyan bununla bağlı konkret faktın olub-olmadığına dair isə heç nə deməyib. Əvəzində bir siyasi təklif irəli sürüb: parlamentdə Aprel müharibəsini təhqiq edən qrup yaradılsın. Bunun fonunda o, Qarabağdakı separatçıları ancaq Ermənistanın indiki hökumətinə inanmağa çağırıb.

Daha maraqlısı odur ki, N.Paşinyan məhkəmə binalarını mühasirəyə almaqdan bəhs edib. Bu çağırışa bəzi məlumatlara görə, 1000 nəfər reaksiya verib və məhkəmələrin ətrafına toplaşanlar olub. N.Paşinyan da onların yanına gedərək ölkədə inqilabın "ikinci və ən əsas mərhələsinin yetişdiyini” bəyan edib. Bu mərhələdə əsas vəzifə məhkəmə sistemini tamamilə yeniləşdirməkdən ibarət olmalıdır. Bunun üçün hətta konstitusiya islahatlarına və ümumxalq səsverməsinə belə gedilə bilər. Məhkəmələrə müstəqil qərarlar qəbul edən, korrupsiyadan kənar kadrlar gətirilməlidir. Yəni Ermənistanın məhkəmə sistemində köklü islahatlar aparılmalıdır.

Ermənistan hökumətinin bu addımı ölkə daxilində və beynəlxalq aləmdə birmənalı qarşılanmayıb. Bir qisim N.Paşinyanı müdafiə edib, digərləri isə onu hüququ pozmaqda ittiham ediblər. Məsələn, Ermənistanın siyasi partiyaları baş nazirin məhkəmə binalarını mühasirəyə almaqla bağlı çağırışını antikonstitusion adlandırıblar.

Maraqlıdır ki, N.Paşinyanın hərəkətini qınayanlar sırasında onun müttəfiqi sayılan "Çiçəklənən Ermənistan” partiyası da vardır. N.Paşinyanın keçmiş silahdaşı Edmon Marukyan isə məsləhət görüb ki, "Koçaryana hədiyyə etməsinlər”. Hədiyyə dedikdə, o, Avropa strukturlarına R.Koçaryanın məhkəmələrə hakimiyyətin təzyiq etməsi ilə bağlı müraciət etməyə imkan yaradılmasını nəzərdə tutub. Siyasi partiyalar bütün bunların ağır və gözlənilməz nəticələrinin ola biləcəyini ifadə ediblər. Erməni katolikosu II Qareginxalqa müraciət edərək birliyi qoruyub saxlamağa çağırıb.

Ombudsman Arman Tatoyan da baş nazirin davranışını hüquqazidd adlandırıb. Çünki qanuna görə, məhkəmələrin işinə heç kim qarışa bilməz. Eyni zamanda, qanun məhkəmələrin qanunvericiicra orqanlarından tam müstəqil olmasını nəzərdə tutur. N.Paşinyan isə küçədən məhkəmələrin fəaliyyətinə təsir edərək onun qərarını dəyişməsini tələb edir. Bu üsul yalnız çağırış statusunda qalmayıb - Ermənistan prokurorluğu məhkəmə qərarının dəyişdirilməsi üçün addım atacağını bəyan edib.

Ekspertlər prezident A.Sarkisyanın baş verənlərə münasibəti ilə maraqlanıblar. O, vətəndaşları qanuna əməl etməyə çağırsa da, baş nazirin davranışına qarşı açıq çıxış etməyib. Prezident Ermənistan hakimiyyətinin xalqın ümumi iradəsini ifadə etməli olduğundanöz konstitusion məqsədlərinə xidmət etməli olduğundan bəhs edib. Bunlar o deməkdir ki, Ermənistan prezidenti N.Paşinyanın hərəkətlərində şəxsi maraqlara üstünlük verdiyini görürbunun konstitusiyaya uyğun olmadığını deyir. Reallıqda isə Ermənistan hökuməti xalqın maraqlarını gözləməlidir ki, bu da N.Paşinyan hökumətinin fəaliyyətində görünmür.

 

Hüquq və məsuliyyət: ermənilər iki ifratçılıq arasında

 

Başqa bir maraqlı fikri Modest Kolerov söyləyib. O deyib ki, N.Paşinyan "ən axmaq sadəlövh adamlaraanladır ki, R.Koçaryanın işi siyasi mahiyyətlidir. bu prosesi ortaya atan da N.Paşinyandır. " Paşinyan açıqcasına, utanmadan, heç gizlətmədən bütün məhkəmə sisteminə təzyiq edir, öz şəxsi problemlərinə görə bütün məhkəmə sistemini dəyişmək məqsədi güdür”. O, fikirlərinə davam edərək bildirib ki, bununla N.Paşinyan "siyasi motivi olan məhkəmə diktaturasıyaradır R.Koçaryanla hesablaşmaq istəyir (bax: "168 jam”: Svoim prizıvom blokirovatğ vxod v zdaniə sudov Paşinən dal ponətğ, çto delo Koçarəna politiçeskoe i on liçno rukovodit im - M.Kolerov/ "Tert.am”, 21 may 2019).

Belə görünür ki, Ermənistanda növbəti dəfə siyasi böhran yaranıb. İndi N.Paşinyan hüquq mühafizə sistemində öz xeyrinə dəyişiklik etməyə çalışır. R.Koçaryanın həbsdən buraxılması prosesinə mane olmur, lakin ondan dərhal sonra hay-küy salır. Belə görünür ki, bu prosesi ona görə təşkil ediblər ki, Ermənistanda ikinci siyasi dalğa yaransın. Bununla N.Paşinyan, birincisi, növbəti dəfə sosial-iqtisadi çətinliklərin günahını əvvəlki iqtidarın boynuna qoymağa çalışır. Yəni, demək istəyir ki, "baxın, mən ədalətli olmağa, xalq üçün işləməyə çalışıram, islahatların aparılmasına cəhd edirəm, ancaq bu lənətə gəlmiş əvvəlki iqtidarlar bütün planları pozur”.

İkincisi, Dağlıq Qarabağ məsələsinin Ermənistanın xeyrinə həll edilməsinə mane olan əvvəlki iqtidarın "DQR”dəki adamlarıdır. Onlar xəyanətkardırlar. Çünki torpaqların bir hissəsini Azərbaycana güzəşt etmək istəyirlər. Deməli, münaqişə hazırda Dağlıq Qarabağda oturan separatçılar vəzifələrindən gedəndən sonra həll edilə bilər.

Üçüncüsü, N.Paşinyan göstərmək istəyir ki, Ermənistanda islahatların genişləndirilməsində maraqlıdır. Bununla o, beynəlxalq təşkilatlara, xüsusən Avropa İttifaqına işarə etmiş olur. Çünki seçkidən dərhal sonrarəsmiləri Ermənistanda real islahatların aparılmasını görmək istədiklərini ifadə etmişdilər. İndi N.Paşinyan bu görüntünü yaradıb, Avropadan pul qoparmağa cəhd edir.

Beləliklə, Ermənistanda hansısa islahatların ya inqilabın "ikinci ən əsas mərhələsi”ndən söhbət gedə bilməz. Orada söhbət regional meyarlara görə formalaşmış siyasi qrupların daxili çəkişmələrindən gedir. Bu prosesdə dolayısı ilə Qərb və Rusiya da iştirak edir. Moskva R.Koçaryan vasitəsilə İrəvana anladır ki, istənilən zaman istədiyi addımı ata, hətta Ermənistan hökumətinin iradəsini heçə sayaraq həbsdən öz adamını azad etdirə bilər. Təbii ki, bu, N.Paşinyana böyük zərbədir və o, çaşqın haldadır. Bunu ekspertlər də müşahidə ediblər.

Belə görünür ki, N.Paşinyan hökumətinin legitimliyinə ciddi zərbə dəyib. Erməni cəmiyyətində isə qütbləşmə dərinləşir. Bu prosesin əsas təkanverici faktoru regionçuluqdur. Onun fonunda isə köhnə sistemlə (yəni Rusiyaya sadiq olanlarla) yeni sistem (yəni Qərbin diktəsi ilə oturub-duranların sistemi) arasında ziddiyyət daha da dərinləşir. Real siyasi məzmunu olmayan bu iki istiqamət bütövlükdə ölkədəki mühiti sağlamlaşdırmağa xidmət edə bilməz. Onun yeganə nəticəsi yeni-yeni ziddiyyətlər və parçalanmalar ola bilər. Bu da onu göstərir ki, ermənilər, hətta monocəmiyyətdə belə sivil mübarizə apara bilmirlər. Politoloq Manvel Sarkisyan bu barədə maraqlı fikir söyləyib. O deyib ki, "...Ermənistanda hüquq və məsuliyyət haqqında ifrat yayğın təsəvvürlər mövcuddur. Biz o dərəcədə hər şeyə şübhə etməyə və dəyərsizləşdirməyə vərdiş etmişik ki, istənilən sağlam düşüncə xəncər-bıçaqla qarşılanır və şübhə altına alınır” (bax: İz-za çeqo ssorətsə "dve Armenii” / "Rosbalt”, 21 may 2019). Bizcə, bu, artıq ermənilərin tarixi-psixoloji problemlərindəndir.

 

Azərbaycan.- 2019.-30 may.- S.9.