Bəzi dairə seçki
komissiyalarının tərkibində dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikası
Mərkəzi Seçki
Komissiyasının Qərarı
Qərar №3/10
Azərbaycan Respublikasının
Mərkəzi Seçki
Komissiyası Azərbaycan
Respublikası Seçki
Məcəlləsinin 19.4-cü,
19.14-cü, 22.1-ci, 22.3.1-ci, 28.2-ci, 28.4-cü və
30-cu maddələrinə uyğun
olaraq qərara alır:
1. İmamyar Bilman oğlu İsmayılov 39 saylı Kəpəz birinci (Gəncə), Asif Niftalı oğlu Hüseynov 94 saylı Bərdə kənd seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü vəzifəsindən vaxtından əvvəl azad edilsinlər.
2. Məntiq Bahadur oğlu Cəfərov 38 saylı Nizami ikinci (Gəncə), Namiq İnqilab oğlu Quliyev 94 saylı Bərdə kənd seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü təyin edilsinlər.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
29.05.2019
Azərbaycan.- 2019.- 30 may.- S.10.