“Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 20-ci bəndini rəhbər tutaraq, "Əmək pensiyaları haqqındaAzərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədəAzərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1362-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alır:

"Kəşfiyyat əks-kəşfiyyat fəaliyyəti haqqındaAzərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, ¹ 8, maddə 601; 2006, ¹ 2, maddə 64, ¹ 3, maddə 221; 2007, ¹11, maddə 1078; 2008, ¹ 8, maddə 710; 2010, ¹ 3, maddə 172; 2014, ¹ 7, maddə 763) 20.3-cü maddəsində " müavinətlərsözləri ", müavinətlər, büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr digər ödənişlərsözləri ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 may 2019-cu il

 

Azərbaycan.- 2019.-31 may.- S.2.