“Fitosanitar nəzarəti
haqqında” Azərbaycan Respublikasının Qanununda
və Azərbaycan Respublikasının İnzibati
Xətalar Məcəlləsində dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
11-ci və 17-ci bəndlərini
rəhbər tutaraq qərara alır:
Maddə 1. "Fitosanitar
nəzarəti haqqında”
Azərbaycan Respublikasının
Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2006, ¹ 8, maddə
655; 2007, ¹ 6, maddə 595; 2009, ¹ 12, maddələr 948, 954, 968; 2011, ¹ 2, maddə 71; 2014, ¹ 10, maddə
1150; 2016, ¹ 6, maddə 1013; 2017, ¹ 5, maddə 713; 2018, ¹ 4, maddə
641, ¹ 12 (I kitab), maddə
2491) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 3-cü maddə
üzrə:
1.1.1. adına
"xidmətinin” sözündən
əvvəl "dövlət
fitosanitar” sözləri
əlavə edilsin;
1.1.2. 3.0-cı maddədən
"və xidməti”
sözləri çıxarılsın;
1.1.3. 3.0.3-cü maddədə
"qaydalarına və
normativlərinə” sözləri
"normalara” sözü
ilə əvəz edilsin;
1.1.4. 3.0-cı maddə
3.1-ci maddə hesab edilsin və aşağıdakı məzmunda
3.2-ci maddə əlavə
edilsin:
"3.2. Dövlət
fitosanitar xidməti aşağıdakıları əhatə
edir:
3.2.1. fiziki və hüquqi şəxslərin, habelə
dövlət və yerli özünüidarəetmə
orqanlarının müraciəti
əsasında bitki və bitkiçilik məhsulları saxlanılan
anbarlarda, bazarlarda, həyətyanı sahələrdə,
fərdi və kollektiv bağ və bostan sahələrində, torpaqlarda,
xüsusi mühafizə
olunan təbiət ərazilərində və
obyektlərində müayinələr,
müşahidələr aparılmasını,
profilaktika və bitki mühafizəsi sahəsində xidmətlərin
həyata keçirilməsini;
3.2.2. bitki
və bitkiçilik məhsullarının istehsalı
ilə məşğul
olan fiziki və hüquqi şəxslərə onların
müraciəti əsasında
bitki mühafizəsi məsələlərinə, pestisidlərin,
bioloji preparatların və digər bitki mühafizə vasitələrinin istifadəsi,
saxlanılması və
daşınması texnologiyasına
və reqlamentinə dair tövsiyələr verilməsini;
3.2.3. əkin
sahəsində və
digər kənd təsərrüfatına yararlı
torpaqlarda aqrokimyəvi
tədqiqat işlərinin
aparılmasını, sahələrə
aqrokimyəvi pasportların
verilməsini və kartoqramların hazırlanmasını.”;
1.2. 7-ci maddə üzrə:
1.2.1. 7.2-ci maddəyə
"fitosanitar nəzarətini”
sözlərindən sonra
"(dövlət sərhədinin
buraxılış məntəqələrindən
keçirilmiş yüklər
(mallar, məhsullar) üzərində fitosanitar
nəzarəti ilə
bağlı tədbirləri
isə gömrük orqanları ilə birlikdə)” sözləri
əlavə edilsin və həmin maddədə "orqanı”
sözü "orqanının
müəyyən etdiyi
orqan (qurum)” sözləri ilə əvəz edilsin;
1.2.2. aşağıdakı
məzmunda 7.3-cü maddə
əlavə edilsin:
"7.3. Müvafiq
icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) fitosanitar nəzarətini bu Qanunun, sahibkarlara münasibətdə isə
həmçinin "Sahibkarlıq
sahəsində aparılan
yoxlamaların tənzimlənməsi
və sahibkarların maraqlarının müdafiəsi
haqqında” Azərbaycan
Respublikası Qanununun
tələblərinə uyğun
olaraq həyata keçirir.”;
1.3. 13.1-ci maddənin
birinci cümləsinə
"qanunvericilikdə nəzərdə
tutulmuş qaydada” sözlərindən sonra
"müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi
orqanın (qurumun)” sözləri, ikinci cümləsinə "məntəqələrinin”
sözündən sonra
"(dövlət sərhədinin
buraxılış məntəqələri
istisna olmaqla)” sözləri əlavə
edilsin;
1.4. 22-ci maddə
üzrə:
1.4.1. adına
"yararsız” sözündən
sonra "və istifadəsi qadağan olunmuş” sözləri əlavə edilsin;
1.4.2. 22.1-ci maddədə
"qanunvericilikdə nəzərdə
tutulmuş qaydada” sözləri "müvafiq
icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) tərəfindən xüsusi anbarlarda (qəbiristanlıqlarda)” sözləri
ilə əvəz edilsin;
1.4.3. 22.2-ci maddə
ləğv edilsin;
1.5. 34-cü maddə
üzrə:
1.5.1. adına
"xidmətinin” sözündən
əvvəl "dövlət
fitosanitar” sözləri
əlavə edilsin;
1.5.2. 34.3-cü maddədə
"hüquqi və fiziki şəxslərə
göstərilən aşağıdakı
dövlət fitosanitar
xidmətləri həmin”
sözləri "aşağıdakı
fitosanitar tədbirləri
və dövlət fitosanitar xidmətləri hüquqi və fiziki” sözləri ilə əvəz edilsin;
1.5.3. aşağıdakı
məzmunda 34.6-cı maddə
əlavə edilsin:
"34.6. Bu Qanunun
34.3-cü maddəsində nəzərdə
tutulmuş tədbirlərə
və xidmətlərə
("Dövlət rüsumu
haqqında” Azərbaycan
Respublikasının Qanununda
nəzərdə tutulanlar
istisna olmaqla) görə alınan xidmət haqqının məbləğləri müvafiq
icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.”.
Maddə 2. Azərbaycan
Respublikasının İnzibati
Xətalar Məcəlləsinin
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2016, ¹ 2 (I kitab), maddə
202, ¹ 3, maddələr 397, 403, 429, ¹ 4, maddələr 631, 647, 654, ¹ 5, maddələr
835, 846, ¹ 6, maddələr 997, 1010, ¹ 7, maddələr 1247, 1249, ¹ 10, maddə
1608, ¹ 11, maddələr 1769, 1774, 1781,
1783, 1786, 1788, ¹ 12, maddələr 1984,
2000, 2009, 2024, 2049; 2017, ¹ 1, maddə 21, ¹
2, maddələr 139, 147, 152, 162, ¹ 3, maddələr 331, 344, ¹ 5, maddələr
698, 701, 734, 749, 754, ¹ 6, maddələr
1020, 1033, 1036, ¹ 7, maddələr 1273, 1296,
1297, 1299, ¹ 11, maddələr 1964, 1966,
1969, 1979, ¹ 12 (I kitab), maddələr
2214, 2217, 2220, 2233, 2237, 2240, 2253, 2256, 2266; 2018, ¹ 1, maddə 19, ¹ 2, maddələr
160, 162, 163, ¹ 3, maddələr 383, 401, 404,
¹ 4, maddə 646, ¹ 5, maddələr
857, 860, 862, 876, 883, ¹ 6, maddələr
1153, 1188, ¹ 7 (I kitab), maddələr
1435, 1437, 1438, ¹ 10, maddə 1963, ¹ 11, maddələr 2188, 2191, 2214, 2217, 2231, ¹ 12 (I kitab), maddələr 2473,
2475, 2499, 2507, 2512, 2522; 2019, ¹ 1 (I kitab), maddələr 4, 6, 15, 18, 23, 44; 2019-cu il 1 fevral tarixli
1476-VQD nömrəli, 19 fevral
tarixli 1516-VQD nömrəli,
5 mart tarixli 1520-VQD, 1522-VQD nömrəli,
29 mart 1534-VQD, 1538-VQD nömrəli, 9 aprel tarixli 1558-VQD və 1562-VQD nömrəli
qanunları) 288.0.1-ci maddəsi
ləğv edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 3 may
2019-cu il
Azərbaycan.-
2019.-31 may.- S.2.