“Mikro, kiçik
və orta sahibkarlıq subyektlərinin rəqabətqabiliyyətli
istehsalının stimullaşdırılması məqsədilə
daxili bazar
araşdırmalarına dövlət dəstəyi göstərilməsi
Qaydası”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq,
"Qeyri-neft sektorunda
rəqabətqabiliyyətli daxili istehsalın dəstəklənməsi ilə
bağlı əlavə
tədbirlər haqqında”
Azərbaycan Respublikası
Prezidentinin 2018-ci il 19 sentyabr tarixli 497 nömrəli Sərəncamının icrası
ilə əlaqədar
qərara alıram:
1. "Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin rəqabətqabiliyyətli
istehsalının stimullaşdırılması
məqsədilə daxili
bazar araşdırmalarına
dövlət dəstəyi
göstərilməsi Qaydası”
təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Nazirlər
Kabineti:
2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması
ilə bağlı təkliflərini üç
ay müddətində hazırlayıb
Azərbaycan Respublikasının
Prezidentinə təqdim
etsin;
2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
2.3. mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın
və bunun icrası barədə beş ay müddətində
Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
2.4. bu
Fərmandan irəli gələn digər məsələləri həll
etsin.
3. Azərbaycan
Respublikasının Ədliyyə
Nazirliyi mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə
məlumat versin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
29 may 2019-cu il
Azərbaycan.- 2019.-31 may.- S.2.