Donald Trampdan İlham
Əliyevə növbəti dəstək
ABŞ Prezidentinin Azərbaycan
liderinə beş gün
ərzində ikinci məktubu
respublikamızın yüksək beynəlxalq nüfuzundan
xəbər verir
Sürətli inkişafı və milli maraqlarını təmin edən siyasət yürütməsi Azərbaycanı yerləşdiyi bölgədə fərqləndirən əsas keyfiyyətlərdir. Respublikamız dünyanı düşündürən aktual, qlobal narahatlıq doğuran bütün məsələlərdə özünün qətiyyətli və cəsarətli mövqeyini ortaya qoyur, malik olduğu resurs və potensialdan düzgün istifadə ilə inkişaf edir.
Donald Trampdan İlham
Əliyevə: "Sizin liderliyinizi
dəyərləndirirəm”
Təsadüfi deyil ki, inkişaf etmiş və beynəlxalq siyasi arenada xüsusi çəkisi olan aparıcı Qərb dövlətlərinin rəhbərləri Azərbaycanın regiondakı və beynəlxalq məsələlərdəki aparıcı rolunu yüksək qiymətləndirirlər. Onların siyasi-iqtisadi və hərbi dairələri enerji təhlükəsizliyi, iqtisadi əməkdaşlıq, terrorçuluqla mübarizə və digər bu kimi məsələlərdə Azərbaycanın mövqeyini bölüşür, ölkəmizlə tərəfdaşlığa önəm verirlər. Ən əsası isə ondan ibarətdir ki, Qərb dünyası Azərbaycan Prezidentinin siyasi-iqtisadi kursunun, beynəlxalq məsələlərə münasibətdə mövqeyinin nə qədər mütərəqqi olduğunu görür, İlham Əliyevin liderliyini xüsusi vurğulayırlar.
Məsələn, ABŞ Prezidenti Donald Tramp 28 May - Respublika Günü münasibətilə Prezident İlham Əliyevə ünvanladığı təbrik məktubunda iki ölkə arasındakı güclü əməkdaşlığı qeyd edərək yazır: "Dövlətlərimiz arasında bir çox ortaq maraqlar üzərində qurulmuş güclü tərəfdaşlıq mövcuddur.
Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfələri və "Cənub qaz dəhlizi” təşəbbüsünü irəli sürməklə Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsində Sizin liderliyinizi dəyərləndirirəm”.
Prezident İlham Əliyevin ABŞ rəhbərliyi ilə qarşılıqlı hörmətə və etimada əsaslanan əlaqələri var. Yuxarıdakı fikirlər də təsdiq edir ki, ABŞ Prezidenti İlham Əliyevi etibarlı tərəfdaş, dünya səviyyəli siyasi lider kimi qəbul edir. Donald Trampın sözləri həm də ondan xəbər verir ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət dövlətimizin və xalqımızın milli maraqlarını layiqincə təmin edərək dünya miqyasında böyük ehtiramla izlənilir. ABŞ Pezidenti Azərbaycanla əvvəlki dönəmdə formalaşmış əməkdaşlıqdan təkcə məmnunluğunu ifadə etməklə kifayətlənmir. Həm də tərəfdaşlığımızın gələcək illərdə də inkişaf etməsini səmimiyyətlə arzulayır. Bu da səbəbsiz deyil. Çünki ABŞ rəhbərliyi Azərbaycanın Cənubi Qafqazın lider dövləti olduğunu qəbul edir, olduqca strateji və beynəlxalq maraqların toqquşduğu bir coğrafiyada yerləşən ölkəmizin yeritdiyi müstəqil siyasəti görür.
ABŞ Azərbaycanın qlobal və regional miqyaslarda sabitləşdirici rolunu etiraf edir
Mayın 29-da Donald
Tramp İlham Əliyevə
növbəti - 5 gün
ərzində ikinci təbrik məktubu ünvanladı. Bu dəfə
ABŞ Prezidenti Beynəlxalq
Xəzər Neft və Qaz Sərgisinin
keçirilməsinin 26-cı ildönümü ilə əlaqədar ən xoş arzularını çatdırdı. Məktubda
deyilir: "Azərbaycan
özünün tarixində
bugünkü qədər
firavan və qlobal iqtisadiyyata bağlı olmamışdır. "Cənub qaz
dəhlizi” daxil olmaqla, Azərbaycanda hasil olunan neft
və qaz dünya enerji bazarlarında sabitliyi artırmaqda davam edir. Türkmənistan və Şərqi
Aralıq dənizi hövzəsi ölkələri
kimi digər potensial təchizatçılarla
tərəfdaşlıq quraraq
Azərbaycan daha böyük liderlik rolunu oynaya bilər.
Ölkənizin uğurlarını genişləndirməyin əsl
vaxtıdır. Amerika Birləşmiş
Ştatları xarici sərmayələrin cəlb
edilməsi və innovasiyaların təşviqinə
xidmət edəcək
iqtisadi islahatların davam etdirilməsində səylərinizi dəstəkləyir.
Azərbaycanın iqtisadi uğuru
bütün regiona sabitliyin gətirilməsinə
yardım edəcəkdir”.
Beləliklə, ABŞ Prezidentinin
növbəti məktubunda
yer alan
fikirlər Azərbaycanın
inkişafının, beynəlxalq
enerji məsələrindəki
aparıcı mövqeyinin
və ölkəmizin
bu sahədəki liderliyini dünyanın fövqəldövlətinin rəhbərliyi
səviyyəsində dəyərləndirilməsidir.
Eyni zamanda, ABŞ Prezidenti məhz Azərbaycanın bölgədəki sabitləşdirici
rolunu da etiraf edir. Bu o deməkdir ki,
Azərbaycanın yürütdüyü
siyasət ABŞ tərəfindən
dəstəklənir.
Bütövlükdə Donald Trampın məktubları
Prezident İlham Əliyevin rəhbərliyi
ilə Azərbaycanın
uğurlarını artıraraq
beynəlxalq miqyasda söz sahibinə çevrilməsinin beynəlxalq
səviyyədə etirafıdır. Bəli, Prezident
İlham Əliyevin yeni dünya sisteminin müasir çağırışlarına cavab verən siyasi kursu Azərbaycanı
regionun lider dövlətinə çevirməklə
yanaşı, beynəlxalq
aləmdə ölkəmizi
etibarlı tərəfdaş
kimi tanıdıb.
Azərbaycan özünün müstəqil siyasi kursuna müvafiq olaraq yaxın qonşu və uzaq dövlətlərlə
səmərəli əlaqələrə,
qarşılıqlı faydalı
münasibətlərə malikdir.
Bu münasibətlər bəzi ölkələrlə
strateji tərəfdaşlıq
səviyyəsinə yüksəlib.
Prezident İlham Əliyevin yürütdüyü siyasətin
mayasında milli və dövlət maraqlarımızın təmin
olunması, ölkənin
inkişafı və mövqelərinin dünyada
möhkəmləndirilməsi dayanır. Azərbaycanın hazırkı vəziyyəti
göstərir ki, bu siyasət öz məqsədinə inamla çatır. Bu siyasətin nəticəsində
əldə olunan uğurlu nəticələr
isə ABŞ-ın timsalında dünyanın
böyük güclərinin
etiraf etdiyi reallıqdır. ABŞ rəhbərliyi Azərbaycanın
Cənubi Qafqazın lider dövləti olduğunu qəbul edir, olduqca strateji
və beynəlxalq maraqların toqquşduğu
coğrafiyada yerləşən
ölkəmizin yeritdiyi
müstəqil siyasəti
görür. Donald
Tramp həm də onu qəbul edir ki, bu
ərazilərdə iqtisadi
maraqları olan dövlətlər özlərinin
bütün addımlarını
Azərbaycanın maraqlarını
nəzərə almaq
şərti ilə atırlar.
ABŞ Prezidentinin
Azərbaycana strateji tərəfdaşlıq prizmasından
yanaşması respublikamızın
bölgədəki üstün
mövqeyini göstərir. Bu, Azərbaycan dövlətinin
həyata keçirdiyi
müstəqil siyasətin
dünyanın güc
mərkəzləri və
böyük ölkələri
tərəfindən hörmətlə
qarşılanmasının və qəbul edilməsinin əyani təsdiqidir.
Rəşad CƏFƏRLİ
Azərbaycan.-
2019.- 31 may.- S.1; 3.