İlham Əliyevin qurduğu Azərbaycan
Tarixinin ən qüdrətli dövrünü
və möhtəşəm xalq-lider vəhdətini
yaşayan kiçik məmləkət
böyük dünyanı necə heyran edir?
Dünən səhərə doğru dünyanın hər bucağından 1 milyarda qədər seyrçi televiziyalarının qarşısında bayram sevinci yaşadı. Futbol üzrə Avroliqanın finalının həyəcanından vəcdə gələn azarkeşlər həm də ekran qarşısında maraqlı mənzərələrə şahid oldular.
Bir milyard insan bütün stadion boyu müxtəlif ölçülərdə dalğalanan on minlərlə bayrağın məhz Azərbaycanın rəmzi olduğunu bildi...
Tamaşaçı rekordunun yaşandığı stadionun yerləşdiyi şəhərin Bakı olduğunu öyrəndi...
Çoxsaylı idman telekanalları və sayt-mətbuatı vasitəsilə avropalı futbolçuların, azarkeşlərin dilindən azərbaycanlıların böyük mədəniyyətə, zəngin dəyərlərə, füsunkar paytaxta malik olduğunu eşitdi...
Keçmişi niyə unutmamalıyıq?
Dünya bir daha azərbaycanlıları, Azərbaycanı, Bakını tanıdı, - özü də yaxşı tərəfdən. Bu cümləni oxuyarkən, lütfən, çox da uzaq olmayan tarixi - 25-30 il öncəni xatırlayaq.
Az qala bütün dünya bizi "soyqırımları törədən barbarlar”, "məzlum ermənilərin qanına susayan vəhşilər”, "mədəniyyətdən, müasirlikdən uzaq, tör-töküntü, pinti şəhərləri olan xalq” kimi tanımırdımı?!
Etiraf edək, onilliklər boyu bu beynəlxalq təəssürat altında yaşamışıq!
Qlobal miqyasda təklənmişik, qarşı tərəflərdə qıcıq yaratmışıq, bizi dinləməyiblər, səsimizi kəsiblər, ən adi məclislərə belə dəvət etməyə lüzum görməyiblər!
Birləşib Qarabağı əlimizdən alıblar!..
Bir milyondan artıq soydaşımızın məşəqqətli köçkünlük həyatını görməzdən gəliblər!..
Tək bunlarmı? Əlbəttə ki, yox, bu qara siyahının sonu heç bitirdimi?!
Amma indi - az qala hər ay beynəlxalq foruma, konfransa, sammitə evsahibliyi edən, bir xarici prezidenti yola salmamış digərini qarşılayan ölkənin vətəndaşları olaraq əsla tariximizi - o qaranlıq keçmişimizi unutmamalıyıq!
Bu gün hansısa beynəlxalq tədbirə görə yarım saatlıq bağlanan yola görə əsəbiləşəndə isə xatırlamalıyıq ki, onilliklər boyu dünyanın gözündə qapqara görünməkdən usanmışdıq, bezmişdik, ən əsası bu rəzil yalanların qarşısında müqavimətimizi itirib təslim olmuşduq...
Ta Heydər Əliyev gələnədək...
"Qara siyahı”dan örnək
siyahısına...
Bu vəziyyətin necə dəyişdiyini, hansı məhrumiyyətlər, çətinlikilər, fədakarlıqlar nəticəsində "qara halqa”dan çıxdığımızı bəlkə də hər gün yada salmağa lüzum olsa da, bu dəfə keçilən yola nəzər salmayaq, sadəcə nəticələrlə kifayətlənək:
- Azərbaycanı "xalqların müqəddəratını təyinetmə hüququnu pozmaqda və dinc əhaliyə qarşı zorakılıqda ittiiham edən” böyüyündən kiçiyinədək bütün beynəlxalq təşkilatlar Qarabağı indi Azərbaycan yurisdiksiyasında tanıyır;
- hər iclaslarında Azərbaycan əleyhinə bir qətnamə qəbul etməyə adətkarda olan beynəlxalq təşkilatlar artıq sammitlərini, konfranslarını nəinki ölkəmizin paytaxtında, hətta bölgələrində keçirir;
- Azərbaycanı bölgənin təhlükəsizliyinə "ən böyük təhdid” kimi qələmə verən xarici təsisatlar bu gun qlobal təhlükəsizliyin təminatında ölkəmizin töhfəsini əvəzsiz qiymətləndirir, bu yönümdə xidmətlərindən bəhrələnir, onu örnək kimi qəbul edir;
- Azərbaycanı "Qafqazın inkişafına, rifahına zərər vuran siyasət” yürütməkdə ittiham edənlər bu gün Qafqaz iqtisadiyyatının 80 faizinə sahib olan məmləkətimizin iştirakı olmadan adi bir layihənin də həyata keçmədiyini anlayır və qlobal enerji təhlükəsizliyinin təminində vacib aktor sayır;
- beynəlxalq təşkilatlarda illər boyu ən yaxşı halda müşahidəçi statusunda iştirak edən Azərbaycan artıq BMT Təhlükəsizlik Şurasına sədrlik edir, 150-yə yaxın üzv dövləti birləşdirən Qoşulmama Hərəkatının üç illik rəhbəridir;
- bizim bütün yollarımızı uzun illər hər istiqamətdə kəsənlərin indi öz yolu, əslində isə qlobal inkişafın, rifahın, ticarətin, sabitliyin yolu məhz Azərbaycandan keçir...
İlham Əliyev,
Azərbaycan və bir milyard insan...
Yuxarıda toxunduq:
dünyanın dörd
bir tərəfindən
bir milyarda yaxın insan dünən səhərədək
ölkəmiz, xalqımız,
paytaxtımız barədə
müsbət rəyə,
emosiyaya sahib oldu.
Bilməyənlər də bildi ki, Azərbaycan
və Bakı yaşayası, səfər
ediləsi, heyran olunası məkandır!
İndiyədək duymayanlar
da şahid oldu ki, azərbaycanlılar
mədəni, müasir,
işgüzar təfəkkürə
sahib, şən, mehriban
xalqdır, onlarla dostluq etmək olar!
Dünən dünyanın
demək olar ki, bütün telekanallarında, qəzetlərində
və internet portallarında
Azərbaycanın və
Bakının adı çəkildi!
Bundan böyük
reklam, təşviqat ola bilərmi?!
Amma bir məqama da nəzər salaq: bu KİV-in 99 faizində İlham Əliyevin adı çəkilmədi!
Bu uğurlarda, nailiyyətlərdə onların
təminatçısı xatırlanmadı!
Avroliqanın finalının
məhz Bakıda keçirilməsinin əsas
təşəbbüsçüsü yad edilmədi!
Belə də olmalıdır - çünki
İlham Əliyev belə istəyir və belə də edir!
İlham Əliyev
bu fürsəti də, bu imkanı
da, həmişə olduğu kimi, yenə də məhz tarixinin ən qüdrətli dövrünü yaşatdığı
Azərbaycanının təbliğinə
yönəltdi!
İlham Əliyev Azərbaycan adı, şanı, sözü olan yerdə nə vaxt şəxsi mənafeyini düşündü
ki?!
Bu, yalnız təvazökarlıq deyil,
həm də İlham Əliyev dəyərləridir!..
Onun üçün
reklamın da, təbliğatın da bir ünvanı var: Azərbaycan!..
İlham Əliyev
Azərbaycana yönəlmiş
bütün məkirlərə,
rəzilliklərə, yalanlara
qarşı yalnız
lider tək yox, həm də
əsl kişi
kimi sinə gərir.
Yaman işdə öndədir, yaxşı
işdə arxada!
Qazanan Azərbaycandır!
Sözümüz aylardır İlham Əliyevə qarşı
yeni şər cəbhəsi açmış
dünya erməniliyinə
yox, onların buyruq qullarına - "sapı özümüzdən
olan baltalara”dır: İlham Əliyev öz ismini bir yerdə də çəkmədən
Azərbaycana növbəti
möhtəşəm nailiyyət
yaşatdı, xalqımızın
və dövlətimizin
adını bu dəfə də bir milyard insana
yenidən xatırlatdı.
Bu tədbirdən
İlham Əliyev, - hər cür bədxahlığı, yalanı
yönəltdiyiniz lider,
- öz nüfuzunu möhkəmləndirmək, reytinqini
yüksəltmək üçün
yararlandımı? Əsla,
yox!
Bəs Azərbaycan nə itirdi?!
Azərbaycan nə qazandı?!
İtirdiyi heç
nədir, qazandığı
hər şeydir!
Bəs sizlər nə itirdiniz, nə qazandınız? Ritorik sualdır, bilməyənmi
var?!
Amma qazandığınız
2-3 min avro, yaxud 4-5 min
dollar müqabilində itirdiyiniz
dəyərlər sizi
bu xalqa, dövlətə bağlayan
son tellər idi ki, onları da birdəfəlik qopartdınız!
Qazanan Azərbaycandır!
Qazanan Azərbaycandırsa, demək qazanan həm də İlham Əliyevdir!
İlham Əliyevin qazandıqları isə misilsizdir və onlara elə son üç günün timsalında baxaq.
Dənizkarı parkdakı adi gəzintinin xalq tərəfindən əzəmətli, izdihamlı görüşə çevrilməsi və Olimpiya stadionunda on minlərin əllərində üçboyalı bayrağımızla izhar etdikləri Lider sevgisi...
Bu məmləkətdə Azərbaycana sevgi ilə İlham Əliyev məhəbbəti nə vaxtdandır eyni mahiyyət kəsb edir...
Bu sevgi seli, əslində, həm də minnətdarlıq, şükranlıq dalğasıdır!..
Bir daha təşəkkürlər, cənab Prezident!..
İxtiyar HÜSEYNLİ
Azərbaycan.- 2019.- 31 may.- S.1; 3.