Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ətrafında fikir mübadiləsi aparıldı

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 30-da ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskontini, Rusiyadan olan həmsədri İqor Popovu, ABŞ-dan olan həmsədri Endrü Şoferi və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiki qəbul edib.

AZƏRTAC xəbər verir ki, görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

 

Azərbaycan.- 2019.-31 may.- S.1.