Kənd təsərrüfatı işçilərinə “Əməkdar kənd təsərrüfatı işçisi” fəxri adının verilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Kənd təsərrüfatının inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə "Əməkdar kənd təsərrüfatı işçisi” fəxri adı verilsin:

 

Əzimov İlham Müqbil oğlu

Hacıyev Rahət Tofiq oğlu

Quliyev Babakişi Orucəli oğlu.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 31 oktyabr 2019-cu il

 

Azərbaycan.- 2019.-1 noyabr.- S.2.