“Azərbaycan-Çin Hökumətlərarası
Ticarət-İqtisadi Əməkdaşlıq
Komissiyasının Azərbaycan Respublikası tərəfindən
tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 1876 nömrəli
Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. "Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 1876 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, ¹ 12, maddə 1134; 2012, ¹ 2, maddə 117; 2014, ¹ 2, maddə 112, ¹ 6, maddə 644, ¹ 9, maddə 1027; 2016, ¹ 8, maddə 1384, ¹ 9, maddə 1518; 2017, ¹ 8, maddə 1521; 2018, ¹ 6, maddə 1285) 1-ci hissəsi ilə yaradılmış Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilsin:
"Komissiyanın həmsədri
Şahin Mustafayev - Azərbaycan Respublikası Baş nazirinin müavini
Komissiyanın üzvləri:
Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri
Azərbaycan Respublikası
xarici işlər nazirinin müavini
Azərbaycan Respublikası
energetika nazirinin müavini
Azərbaycan Respublikası
iqtisadiyyat nazirinin müavini
Azərbaycan Respublikası
mədəniyyət nazirinin
müavini
Azərbaycan Respublikası
səhiyyə nazirinin
müavini
Azərbaycan Respublikası
gənclər və idman nazirinin müavini
Azərbaycan Respublikası
kənd təsərrüfatı
nazirinin müavini
Azərbaycan Respublikası
Dövlət Gömrük
Komitəsi sədrinin
birinci müavini
Azərbaycan Respublikası
Dövlət Turizm Agentliyinin sədri
Azərbaycan Respublikası
Qida Təhlükəsizliyi
Agentliyinin sədri
"Azərbaycan
Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri
"Azərbaycan
Xəzər Dəniz Gəmiçiliyi” Qapalı
Səhmdar Cəmiyyətinin
sədri
"Azərbaycan
Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti
"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin Baş direktoru
Azərbaycan Respublikası
Dövlət Neft Şirkətinin vitse-prezidenti
Azərbaycan Respublikasının
Çin Xalq Respublikasında fövqəladə
və səlahiyyətli
səfiri.”.
2. Azərbaycan
Respublikasının Xarici
İşlər Nazirliyi
bu Sərəncamın
1-ci hissəsi ilə edilən dəyişiklik barədə Çin Xalq Respublikası tərəfinə bildiriş
göndərsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
31 oktyabr 2019-cu il
Azərbaycan.- 2019.-1 noyabr.-
S.2.