Paytaxt yolları genişləndirilir və
abadlaşdırılır
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev oktyabrın 31-də paytaxtın
Yasamal rayonunda Şəfayət Mehdiyev küçəsinin
Tbilisi prospektindən Landau küçəsinədək olan
hissəsində yenidənqurmadan sonra görülən işlərlə
tanış olub.
AZƏRTAC xəbər verir ki,
görülən işlər barədə Prezident İlham
Əliyevə məlumat verən Azərbaycan Avtomobil
Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri
Saleh Məmmədov dedi:
-Möhtərəm cənab Prezident, xoş gəlmisiniz. Yasamal rayonundakı Şəfayət Mehdiyev küçəsi 2,4 kilometr uzunluğundadır. Bu küçənin Bəxtiyar Vahabzadə küçəsi ilə Əbdürrəhim bəy Haqverdiyev küçəsinin kəsişməsində 800 metr ərazi tam yaşayış və qeyri-yaşayış obyektləri ilə zəbt olunmuşdu.
Prezident İlham
Əliyev:Bu hissə?
Saleh Məmmədov: Bəli,
bu hissə, cənab Prezident. Bu maşınlar dayanan
hissədən o yanan işığa qədər
tam yaşayış evləri
idi. Hamısı
köçürüldü və Sizin
göstərişinizlə kompensasiya ödənildi.
Prezident İlham
Əliyev: Lazımi səviyyədə
verildi kompensasiya?
Saleh Məmmədov:
Kompensasiyaları tam ödənildi,
heç bir şikayət olmadı. Küçənin 800 metrlik bu
hissəsi tam yenidən
quruldu. İndi 18 metr enində
4 cərgəli avtomobil
yoludur. Əvvəllər Cavid prospekti
ilə gələn avtomobillər Cavid parkının ətrafını
dolanıb Tbilisi prospektinə
gedirdilər. Bakıda
nəqliyyatın hərəkətinin
yaxşılaşdırılması ilə bağlı Sizin göstərişinizə
əsasən görülən
işlər nəticəsində
indi həmin nəqliyyat vasitələri
birbaşa Şəfayət
Mehdiyev küçəsi
ilə Tbilisi prospektinə
çıxacaq.
Prezident İlham
Əliyev: Əvvəllər
çıxış yox
idi?
Saleh Məmmədov:Xeyr, əvvəllər
çıxış yox
idi. Yalnız 5 metr enində
məhəllədaxili yol
var idi. Bunlar sökülən evlərin
şəkilləridir. Sizin ayırdığınız vəsait
hesabına həmin evlərin hamısı köçürüldü.
Prezident İlham
Əliyev:Bu yol çox ensiz idi, burada qurtarırdı,
bu tərəfə yol yox idi?
Saleh Məmmədov:Bəli, ancaq bu məhəllədəki
binalara girmək üçün 5 metr enində yol var idi.
Prezident İlham
Əliyev:Yaxşı layihədir.
Saleh Məmmədov:Sizin göstərişinizlə
həyata keçirilib.
Tıxaclar tam aradan qalxıb.
Cənab Prezident, bu yol olmayanda,
bütün avtomobil axını metronun Elmlər Akademiyası stansiyasının qarşısından
keçirdi. Bu şəkillərdə göründüyü
kimi, pik saatlarda burada tıxaclar yaranırdı.
Artıq
bu hissədən axın götürüləcək.
İndi
tam 4 cərgəli yoldur.
Həm də Tbilisi prospekti ilə birbaşa əlaqələndirilir. Gözəl bir
yol sistemi yarandı.
Prezident İlham
Əliyev: Burada yaşayan
vətəndaşlara lazımi
şərait yaradıldı?
Saleh Məmmədov: Bəli,
cənab Prezident, istədikləri vəsait
tam ödənildi, hamısı
da razı qaldı.
Prezident İlham
Əliyev: Ancaq bu evlərə gedə bilərdilər də?
Saleh Məmmədov: Ancaq bu evlərə. Məhəllədaxili küçələr idi. İndi artıq 2,4 kilometr
uzunluqda gözəl bir prospekt yaranıb.
Bundan əlavə, cənab Prezident, 2019-cu ilin investisiya proqramlarında nəzərdə tutulan, həmçinin büdcə
fondundan ayırdığınız
vəsait hesabına Bakı şəhərində
və qəsəbələrində
bir neçə yol tam çəkilib və istismara hazırdır. Bu yollardan
biri Xocasən-Lökbatan
yoludur, hansı ki, başlanğıcını
Sədərək ticarət
mərkəzindən götürür
və Bakı-Şamaxı
yolunun 9,5-ci kilometrliyinədək, "Koka-Kola”
deyilən dairəyədək
uzanır. Bu yol
da indi tam hazırdır. Əvvəllər bu şəkillərdəki
vəziyyətdə olub.
İndi
tam 4 cərgəli yoldur.
Yolun ortasında ayırıcı beton zolaqlar qoymuşuq, 11,2 kilometrlik bu
hissə istifadəyə
tam hazırdır. Bundan
əlavə, investisiya
proqramından ayrılmış
vəsait hesabına Sabunçu rayonunun Bakıxanov stansiyasından
Suraxanı rayonunun Qaraçuxur qəsəbəsinə
gedən 5,4 kilometrlik yolu bu il təmir
etmişik, istismara tam
hazırdır.
Prezident İlham
Əliyev: Bu, əvvəlki
vəziyyətidir?
Saleh Məmmədov:
Bəli, əvvəlki
vəziyyətidir. İndi bu
yolu bu vəziyyətə
gətirmişik.
Prezident İlham
Əliyev: Genişləndirmə aparıldı?
Saleh Məmmədov: Bəli,
genişləndirmə aparıldı
və yeni səkilər, piyada keçidləri yaradıldı.
Bakı şəhərinin Azadlıq
prospektindən Yeni Avtovağzala qədər olan yolun 6 kilometrlik
hissəsi genişləndirildi.
Ensiz bir yol idi.
Nəqliyyat axınını
yaxşılaşdırmaq üçün bu yol da Sizin göstərişinizlə
4 cərgəyə genişləndirildi.
Burada qovşaqlar yaradıldı,
Yeni Avtovağzal Binəqədi şosesi ilə birləşdirildi.
Cənab Prezident,
Əhmədli qəsəbəsində,
Zığ şossesindən
Neapol dairəsinədək
olan küçə də ikigedişli idi. Uzunluğu 3,2 kilometr olan
bu yolu da
Sizin göstərişinizlə
4 cərgəli etmişik,
istismara tam hazırdır.
Prezident İlham
Əliyev: Çox yaxşı işlər görmüsünüz. Bakı şəhərinin
bütün küçələri
ən yüksək standartlara cavab verməlidir. Ona görə harada ki, problemli yerlər
var, onların da siyahısını tutun və biz həm bu il, həm də gələn il onları da təmir edəcəyik.
Mənə məlumat verilir
ki, Bakı-Sumqayıt
yolunda tez-tez tıxaclar olur.
Saleh Məmmədov: Bəli,
böyük tıxaclar
olur.
Prezident İlham
Əliyev: Baxmayaraq ki, indi qatar da işləyir və vətəndaşların bir
hissəsi qatardan istifadə edir, yenə də tıxaclar var. Ona görə baxın, bu yolu genişləndirmək
üçün texniki
imkan olmalıdır, layihə hazırlayın.
Saleh Məmmədov: Cənab
Prezident, layihə hazırlayıb Sizə təqdim edərik.
Prezident İlham
Əliyev:Biz o yolu genişləndirməliyik, lazımi
vəsait ayırarıq.
Bir də mən sizə göstəriş
vermişdim ki, qəsəbədaxili yollar,
Bakıətrafı qəsəbələrin
yolları da abadlaşdırılmalıdır. Siz ilkin təklifləri göndərmisiniz, baxılacaq
və müvafiq göstərişlər veriləcək,
sərmayə ayrılacaq
ki, biz Bakı qəsəbələrində bütün
daxili yolları abadlaşdıraq. Torpaq yollar
asfaltlanmalıdır. Bakı şəhərində, o cümlədən
onun qəsəbələrində
torpaq yol olmamalıdır.
Saleh Məmmədov:
Cənab Prezident,
Sizin göstərişinizlə
elə də olacaq. Qəbulunuzda olarkən verdiyiniz
tapşırığa əsasən
biz bəzi qəsəbələrdə
yolların torpaq əsaslarının tikintisinə
başlamışıq.
Prezident İlham
Əliyev: Bilirəm ,siz başlamısınız.
Əvvəl Kürdəxanı qəsəbəsinin yollarını
abadlaşdırdınız. İndi digər qəsəbələr
növbədədir.
Saleh Məmmədov: Pirşağı,
Zabrat, ondan əlavə, Xəzər rayonunda, Binə qəsəbəsində...
Prezident İlham
Əliyev:Xəzər rayonunda
Mərdəkan, Şüvəlan
və digər qəsəbələrdə biz yolların hamısını
bərpa edəcəyik.
Saleh Məmmədov:Sizin göstərişinizə
bütün torpaq yolların hamısını
mərhələlərlə asfaltlayacağıq.
Azərbaycan.- 2019.- 1 noyabr.- S.1-2.