Azərbaycanda qeyri-neft sektorunda Böyük Britaniya şirkətləri üçün
yeni imkanlar
açılır
Azərbaycan Respublikasının
Birinci vitse-prezidenti Mehriban Əliyeva oktyabrın 31-də
Böyük Britaniya Baş Nazirinin Azərbaycan üzrə
ticarət elçisi Baronessa Emma Nikolson ilə
görüşüb.
AZƏRTAC xəbər
verir ki, görüşdə Azərbaycan
ilə Böyük Britaniya arasında həm ənənəvi enerji sahəsində, həm də qeyri-neft sektorunda əməkdaşlığın geniş spektri müzakirə edildi. Ölkəmizin BP şirkəti ilə 25 ildən çoxdur ki, səmərəli əməkdaşlıq etdiyi
qeyd olundu. Vurğulandı ki, hazırda
Azərbaycanda qeyri-neft
sektorunda Böyük Britaniya şirkətləri
üçün yeni imkanlar açılır.
Birinci vitse-prezident Mehriban Əliyeva ölkələrimiz arasında
müxtəlif sahələrdə,
xüsusilə də humanitar sahədə əlaqələrin inkişafında
Böyük Britaniya Baş Nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolsonun rolunu yüksək qiymətləndirdi.
Baronessa Emma Nikolson Azərbaycan ilə Böyük Britaniya arasında uğurlu əməkdaşlığın
qurulduğunu bildirərək,
bundan sonra da əlaqələrimizin inkişafına töhfə
vermək üçün
səylərini davam etdirəcəyini vurğuladı. Dünyanın aparıcı neft şirkətlərindən biri
olan BP-nin humanitar, o cümlədən
təhsil, səhiyyə,
ətraf mühitin mühafizəsi sahələrində
də əməkdaşlıq
etməkdə maraqlı
olduğunu bildirdi.
Böyük Britaniya Baş Nazirinin Azərbaycan üzrə ticarət elçisi ölkəmizin
inkişafında Birinci
vitse-prezident Mehriban Əliyevanın xüsusi rolu olduğunu vurğuladı.
Azərbaycan.- 2019.- 1 noyabr.- S.3.