Dövlət xüsusi
qayğıya ehtiyacı olan
uşaqların sosial müdafiəsinin
gücləndirilməsinə böyük
diqqət göstərir
Azərbaycan Respublikasının
Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva oktyabrın 31-də Bakının
Sabunçu rayonunun Pirşağı qəsəbəsindəki
10 saylı sanatoriya tipli internat məktəbində əsaslı
təmirdən sonra yaradılan şəraitlə
tanış olub.
AZƏRTAC xəbər
verir ki, Birinci vitse-prezident
Mehriban Əliyeva internat məktəbinin təmirdən əvvəlki
və sonrakı vəziyyətini əks etdirən fotostendə baxdı.
Təhsil naziri Ceyhun Bayramov Birinci vitse-prezident
Mehriban Əliyevaya məlumat verdi
ki, 10 saylı sanatoriya tipli internat məktəbi
1961-ci ildən fəaliyyət
göstərir. Binada sonuncu
dəfə əsaslı
təmir işləri
2005-ci ildə aparılıb.
Mövcud vəziyyət nəzərə
alınaraq Heydər Əliyev Fondunun təşəbbüsü ilə
binada 2018-ci ildə Təhsil Nazirliyi tərəfindən əsaslı
təmir və tikinti işlərinə başlanılıb.
Sanatoriya tipli internat məktəbi tədris, yataqxana və istirahət-dərs hazırlığı
korpuslarından ibarətdir. Tədris korpusunda
müasir avadanlıqla
təchiz edilmiş fizika, kimya, biologiya laboratoriyaları,
2 informatika otağı,
2 texnologiya otağı
və sinif otaqları fəaliyyət
göstərir. Yeni tikilmiş
320 nəfərlik akt zalı, idman zalı və 320 yerlik yeməkxana korpusu da müvafiq
avadanlıqla təchiz
olunub.
Qeyd edildi ki, hazırda
internat məktəbində
Azərbaycan və rus bölmələrində
iki növbədə
746 şagird təhsil
alır. Onların təlim-tərbiyəsi ilə 97 pedaqoji heyət məşğul olur.
Azərbaycanda xüsusi qayğıya ehtiyacı olan uşaqların sosial müdafiəsinin gücləndirilməsi,
onların təlim-tərbiyəsinin
yüksək səviyyədə
təşkili işinə
dövlət tərəfindən
böyük diqqət
göstərilir. Azərbaycan dövlətinin bu
istiqamətdə atdığı
addımlara Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da olduqca
böyük töhfələr
verir. Fondun təşəbbüsü ilə bu təhsil
müəssisəsinin əsaslı
şəkildə yenidən
qurulması bunu bir daha göstərir.
Azərbaycan.- 2019.- 1 noyabr.- S.3.