Autizm sindromlu uşaqlar
üçün reabilitasiya
Mərkəzi Heydər Əliyev Fondunun dəstəyi
ilə fəaliyyətdədir
Azərbaycan Respublikasının
Birinci vitse-prezidenti Mehriban Əliyeva oktyabrın 31-də paytaxtın
Nərimanov rayonundakı
"Birgə və Sağlam” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən
Autizm sindromlu uşaqlar üçün
reabilitasiya Mərkəzini
ziyarət edib. Autizm sindromlu uşaqlar üçün reabilitasiya
Mərkəzi Heydər
Əliyev Fondunun dəstəyi ilə fəaliyyət göstərir.
AZƏRTAC xəbər
verir ki, Birinci vitse-prezident
Mehriban Əliyeva uşaqlarla görüşdü,
onların yaşayış
şəraiti, göstərilən
sosial və reabilitasiyayönümlü xidmətlərlə
tanış oldu.
İctimai Birliyin sədri Aytən Eynalova məlumat verdi ki,
burada autizm sindromlu uşaqların qayğısı ilə müvafiq təlim keçən mütəxəssislər
məşğul olur.
"Birgə
və Sağlam” İctimai Birliyi Azərbaycanda autizmspektr pozğunluqları olan uşaqlar və onların ailələri ilə işləyən qeyri-hökumət təşkilatıdır. 2013-cü ildən fəaliyyət göstərən təşkilatın
məqsədi autizmspektr
pozğunluqları ilə
üzləşən uşaqlara
zəruri ünsiyyət
və həyat bacarıqlarını öyrətmək,
onları müstəqil
həyata hazırlamaq
üzrə ailələrlə
işləmək, ölkə
və beynəlxalq səviyyədə autizm sahəsində maarifləndirici
layihələr həyata
keçirməkdir.
Qeyd olundu ki, hazırda
Mərkəzdə 70-dək uşaq intensiv terapiyadan faydalanır.
Autizmli uşaqlar öz istedadlarını nümayiş
etdirdilər.
Mərkəzin yetirməsi
olan, hazırda Azərbaycan Mədəniyyət
və İncəsənət
Universitetinin ikinci kursunda təhsil alan Əlisahib
Bayramov da öz məharətini göstərdi.
Uşaqlar Birinci vitse-prezidentə əl işlərindən
ibarət hədiyyələr
təqdim etdilər.
Azərbaycan.-
2019.- 1 noyabr.- S.3.