Bakı UNESKO-nun “Yaradıcı
şəhərlər şəbəkəsi” siyahısına
daxil edilib
AZƏRTAC xəbər verir ki, Mədəniyyət
və Xarici İşlər nazirliklərinin, Azərbaycan
Respublikasının UNESKO yanındakı daimi nümayəndəliyinin
səyləri nəticəsində Bakı şəhəri
şəbəkənin “dizayn” tematikası üzrə
siyahıya salınıb.
Bu il 31 oktyabr - Dünya Şəhərlər
Günü münasibətilə UNESKO 48 ölkədən 66
şəhəri “yaradıcı şəhərlər şəbəkəsi”nə
daxil edib.
Bu şəbəkə inkişafını yaradıcılıq - musiqi, sənət və sənətkarlıq, dizayn, kino, ədəbiyyat, rəqəmsal incəsənət və qastronomiya üzərində quran şəhərləri bir araya gətirir. Şəbəkə innovasiya və yaradıcılığı yeni şəhər strategiyasının davamlı və daha inklüziv inkişafının əsas faktoru hesab edir.
UNESKO-nun yaradıcı şəhərləri mədəniyyəti inkişaf strategiyalarının əsas qayəsi kimi götürərək ən yaxşı təcrübələrini bölüşürlər. 2004-cü ildən bəri şəbəkə üzvlərinin yaradıcı potensialı yeddi tematika üzrə müəyyən olunur: incəsənət və sənətkarlıq, xalq sənəti, dizayn, kinematoqrafiya, qastronomiya, ədəbiyyat, media və musiqi. Hazırda şəbəkəyə 246 şəhər daxildir.
Qeyd edək
ki, Şəki şəhəri “sənət
və sənətkarlıq” tematikası üzrə 2017-ci ildən
şəbəkənin üzvüdür.
Azərbaycan.-
2019.- 1 noyabr.- S.3.