Mühüm diplomatik
uğur
Qoşulmama Hərəkatının
Bakı Zirvə Görüşündə Ermənistan
işğalçı dövlət
kimi tanındı
Qoşulmama Hərəkatına (QH) üzv
ölkələrin dövlət
və hökumət başçılarının Bakıda
keçirilən XVIII Zirvə
Görüşü Azərbaycanın
olduqca mühüm beynəlxalq siyasi uğuru kimi tarixə düşdü. Bu Zirvə görüşü
ölkəmizdə müstəqillik
illərində keçirilən
ən böyük siyasi tədbir olmaqla yanaşı, həm də Azərbaycanın milli maraqlarının qlobal miqyasda dəstəklənməsi
ilə yadda qaldı.
Hərəkatın sədri
Azərbaycan Prezidentidir
Öncə onu qeyd edək
ki, Azərbaycan indiyədək onlarla mühüm siyasi tədbirə evsahibliyi edib. Özündə 120 üzv
və 17 müşahidəçi
dövləti, eyni zamanda 10 müşahidəçi
beynəlxalq təşkilatı
birləşdirən Qoşulmama
Hərəkatının növbəti
Zirvə görüşünün
Azərbaycanda keçirilməsi
ölkəmizə olan
beynəlxalq etimadın
göstəricisidir. Başqa
bir etimad ondan ibarətdir ki, Azərbaycan növbəti 3 il
ərzində Qoşulmama
Hərəkatına rəhbərliyi
həyata keçirəcək.
Hərəkatın hazırkı sədri
isə Prezident İlham Əliyevdir.
Üzv dövlətlərin sayı
göstərir ki, QH
BMT Baş Assambleyasından
sonra dünya dövlətlərinin təmsil
olunduğu ikinci ən böyük siyasi təsisatdır. Bu fakt həm də
onu təsdiq edir ki, QH müasir
beynəlxalq münasibətlərin
tənzimlənməsində iştirak edən mühüm platformadır.
Dünyadakı mövcud dövlətlərin
üçdəikisini əhatə
edən bir təsisatın toplantılarında
müzakirə edilən
məsələlər BMT Baş
Assambleyasının gündəliyinin
formalaşmasına böyük
təsir göstərir.
Bu həm də onu göstərir ki, əsas məqsədi
beynəlxalq hüquqa
hörmət əsasında
dünyada sülh, təhlükəsizlik və
inkişafa yardım etmək olan QH konkret tarixi kontekstdə yaranmasına baxmayaraq, müasir dünyada da öz aktuallığını
itirməyib və bu qurum beynəlxalq
münasibətlərin tənzimlənməsində
iştirak edən mühüm çoxtərəfli
mexanizmlərdən biridir.
Respublikamız isə bu təşkilata ən son qoşulan üzvlərindəndir.
Cəmi 8 il
əvvəl Azərbaycan
bu qlobal Hərəkatın üzvlüyünə
qəbul olunub. Lakin bu qısa
dövrdə ölkəmiz
beynəlxalq hüququn
norma və
prinsiplərini qətiyyətlə
müdafiə etməkdə
böyük nüfuz qazanıb.
İki gün əvvəl Ağdaşda
rayon ictimaiyyətinin nümayəndələri
ilə görüşdə
Prezident İlham Əliyev bu barədə deyib: "Təkcə bu ay ərzində Azərbaycan
iki önəmli təşkilata sədrliyi
öz üzərinə
götürüb. Oktyabrın
ortasında Azərbaycan
Türkdilli Dövlətlərin
Əməkdaşlıq Şurasına
sədrliyi öz üzərinə götürüb
və biz bir il bu təşkilata rəhbərlik
edəcəyik. Oktyabrın 25-də isə dünyanın ikinci böyük təşkilatı olan Qoşulmama Hərəkatına
sədrlik etməyə
başlamışıq. Qoşulmama Hərəkatından daha böyük təşkilat
Birləşmiş Millətlər
Təşkilatıdır ki,
onun da sədri
olmur. Orada Təhlükəsizlik Şurasının sədri
olur və özü də rotasiya qaydasında. Ona görə biz bu gün işlək vəziyyətdə sədrliyi
olan ən böyük beynəlxalq təşkilata sədrlik edirik və bu sədrliyi 119 ölkənin dəstəyi
ilə əldə etmişik. Bu, nəyi göstərir?
Onu göstərir ki, dünya ictimaiyyəti bizi dəstəkləyir, bizə inanır, bizə rəğbətlə
yanaşır və bizim mövqeyimizi müdafiə edir”.
120 dövlətin mövqeyi: Ermənistan işğalçı
dövlətdir
Qoşulmama Hərəkatına üzv
ölkələrin dövlət
və hökumət başçılarının XVIII Zirvə Görüşü
həm də Azərbaycanın qlobal siyasi-diplomatik uğuru kimi yadda qaldı. Belə ki,
Zirvə görüşü
Azərbaycanın Dağlıq
Qarabağ münaqişəsi
ilə bağlı ədalətli mövqeyini
daha da gücləndirdi.
Qəbul edilmiş sənədlərdə dövlət
və hökumət başçıları münaqişənin
BMT Təhlükəsizlik Şurasının
qətnamələrinə baxmayaraq,
hələ də həll olunmamasından təəssüf hissi keçirdiklərini bildirir
və onun Azərbaycanın suverenliyi,
ərazi bütövlüyü,
beynəlxalq sərhədlərin
toxunulmazlığı əsasında
həll olunmasının
vacibliyini vurğulayırlar.
Bununla yanaşı, Yekun Sənədə ilk dəfə
olaraq olduqca mühüm yeni bənd daxil edilmişdir. Bu bənddə
dövlət və hökumət başçıları
güc yolu ilə ərazilərin zəbt edilməsinin yolverilməzliyini bildirdilər.
"Bu xüsusda dövlət
və hökumət başçıları güc
yolu ilə ərazilərin zəbt edilməsinin yolverilməzliyini
vurğuladılar və
təsdiq etdilər ki, heç bir dövlət Azərbaycan Respublikasının
ərazilərinin işğal
edilməsi nəticəsində
yaranmış vəziyyətin
qanuniliyini tanımayacaq
və bu ərazilərdə iqtisadi
fəaliyyətlər də
daxil olmaqla, bu cür vəziyyətin
saxlanmasına hər hansı kömək göstərməyəcək” deyə
həmin bənddə
qeyd olunur.
Ən mühüm məqam isə odur ki,
sənəddə bilavasitə
işğalçı ifadəsindən
istifadə olunur. Bu, Ermənistanın növbəti
dəfə 120 dünya
dövləti tərəfindən
işğalçı kimi
tanınması deməkdir.
Yekun Sənəddə
dövlət və hökumət başçıları
nasist hərəkatının,
neonasizmin və Vaffen SS təşkilatının
keçmiş üzvlərinin,
onlara abidə və heykəllərin ucaldılması, nasist keçmişi, nasist hərəkatı və neonasizmin qəhrəmanlaşdırılması
naminə ictimai nümayişlərin keçirilməsi,
eləcə də
anti-Hitler koalisiyasına qarşı
döyüşmüş və
nasist hərəkatının
iştirakçıları ilə işbirliyi etmiş şəxslərin
milli azadlıq hərəkatının iştirakçıları
kimi qələmə verilməsi daxil olmaqla, hər hansı bir formada qəhrəmanlaşdırılmasını
qınayırlar. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin MDB Dövlət Başçıları
Şurasının Aşqabadda
keçirilmiş sammitində
Ermənistanda Qaregin Njdenin qəhrəmanlaşdırılması
ilə bağlı səsləndirdiyi fikirlərə
beynəlxalq səviyyədə
verilən dəstəyin
göstəricisidir.
Yekunda qəbul
olunmuş Bakı Bəyannaməsində Azərbaycanın
öz ərazi bütövlüyünü bərpa
etməsi səylərinə
ciddi dəstək ifadə olunub: "Biz, dövlət və hökumət başçıları
Azərbaycanın müstəqilliyi,
suverenliyi və ərazi bütövlüyünə
möhkəm dəstəyimizi
ifadə edirik və Azərbaycanın öz ərazi bütövlüyünü bərpa
etməsi ilə bağlı səyləri
ilə həmrəyliyimizi
ifadə edirik”.
Ermənistan və onun havadarlarının dəridən-qabıqdan çıxmasına
baxmayaraq, Azərbaycan
İlham Əliyevin rəhbərliyi altında
böyük diplomatik uğura imza atdı, 120 dövlətin
təmsil olunduğu Zirvə görüşünün
nəticəsində Ermənistanın
işğalçı dövlət
kimi ifşasına
nail oldu. Bu isə
"Valday” Beynəlxalq
Diskussiya Klubunun XVI illik iclasından və Aşqabadda MDB Dövlət Başçıları
Şurasının iclasından
sonra İlham Əliyevin Ermənistan üzərindəki qlobal siyasi-diplomatik zəfəridir.
Rəşad CƏFƏRLİ
Azərbaycan.-
2019.- 1 noyabr.- S.5.