Mövlud Çavuşoğlu: “Dağıq Qarabağ
münaqişəsinin nizamlanması üçün
daha çox səy
göstərəcəyik”
Türkiyə Xarici İşlər Nazirliyi və BMT-nin təşkilatçılığı ilə keçirilən 6-cı İstanbul Vasitəçilik Konfransının açılışından sonra jurnalistlərin suallarını cavablandıran Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Ankara növbəti ildə Dağıq Qarabağ münaqişəsinin nizamlanması üçün daha çox səy göstərəcək.
AZƏRTAC timeturk.com saytına istinadla xəbər verir ki, türkiyəli nazir deyib: "Biz Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş torpaqları probleminin BMT Təhlükəsizlik Şurasının qətnamələri, Avropa Şurasının qərarları çərçivəsində həllinin tərəfdarıyıq və bu münaqişəsinin nizama salınması üçün növbəti ildə daha çox səy göstərəcəyik”.
"Sülh naminə vasitəçilik: Vəziyyətin qiymətləndirilməsi və gələcəyə baxış” mövzusunda çıxış edən Mövlud Çavuşoğlu bildirib ki, Ankara böyük Atatürkün "Yurdda sel, cahanda sülh” kəlamı əsasında öz fəaliyyətini dünyanın müxtəlif yerlərində münaqişələrin sülh və dialoq yolu ilə həll olunması istiqamətində davam etdirir. O, Türkiyənin qonşu Suriyada sülhün və sabitliyin bərqərar olması üçün Rusiya ilə birgə mühüm tədbirlər həyata keçirdiyini də xatırladıb.
Konfransda
çıxış edən BMT-nin Baş katibi Antonio Quterreş də Suriya, İraq, Fələstin,
Afrika ölkələri və
dünyanın digər bölgələrində silahlı
münaqişələrin həll, terrorizm
bəlasının yox edilməsi üçün səylərin birləşdirilməsinin
zəruriliyini vurğulayıb. Qeyd edib ki, BMT çərçivəsində
fəaliyyət göstərən Vasitəçi Dostlar Qrupu bu
məsələdə daha fəal
olmalıdır.
Azərbaycan.-
2019.- 1 noyabr.- S.5.