Bakıda “Karyera imkanlarının artırılması” mövzusunda beynəlxalq konfrans keçirilib

 

“British Council” təşkilatınınMəşğulluq üçün ali təhsilproqramına start verilib

 

Oktyabrın 31-də Bakıda “British Council” təşkilatının Azərbaycan nümayəndəliyi tərəfindənKaryera imkanlarının artırılmasımövzusunda beynəlxalq konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransda iki dövlətin ali təhsil müəssisələri biznes təşkilatları arasında strateji əməkdaşlıq təcrübə mübadiləsi imkanları müzakirə olunub. Həmçinin Azərbaycanda “British Council” təşkilatınınMəşğulluq üçün ali təhsilproqramına start verilib, onun üstünlüklərindən söz açılıb.

Tədbirdə “British Council”ın Azərbaycanda ölkə üzrə direktoru Samr Şah bildirib ki, konfrans məzunların məşğulluğunu artırmaq, işədüzəlmə bacarıqlarını inkişaf etdirmək, yerli qlobal dünyasında rəqabətliliyini təmin etmək bu istiqamətdə nəticələri izləmək üçün davamlı olaraq məlumat toplamaq mexanizmini yaratmaq yollarını öyrənmək məqsədi daşıyır. Bundan başqa, “British Council” Birləşmiş Krallıq Azərbaycandan olan tərəfdaşları ilə birlikdə ali məktəb məzunlarının əldə etdiyi nəticələrin monitorinqinin həyata keçirilməsi ilə əlaqədar təcrübə mübadiləsi problemləri müzakirə etmək üçün platforma yaratmaq niyyətindədir. Beynəlxalq xarakter daşıyan tədbir Birləşmiş Krallıq Azərbaycan arasında gələcək əməkdaşlığı inkişaf etdirmək ölkəmizin iqtisadi inkişafına uzunmüddətli töhfə vermək üçün gözəl imkandır. Bugünkü tədbir yeni təhsil proqramının gələcək nəsil məzunların mənafeyi naminə Azərbaycandakı mövcud ali təhsil mühitində əlverişli mövqe qazanmasına kömək edəcək.

Böyük Britaniyanın Baş Nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson bildirib ki, “British Council” təşkilatıMəşğulluq üçün ali təhsilproqramının köməyilə uzunmüddətli tərəfdaşlıq qurmaq, real dəyişikliklərə nail olmaq, məzunların bilik bacarıqlarının artmasına, qlobal bazara çıxmaq potensiallarının inkişafına kömək etmək istəyir.

O, iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın vacibliyini vurğulayıb, bugünkü konfransın təhsil siyasətinin inkişafına töhfə verəcəyinə daha güclü təhsil sisteminin qurulmasına kömək edəcəyinə əminliyini bildirib.

Konfransda çıxış edən Təhsil naziri Ceyhun Bayramov deyib ki, məzunların məşğulluq imkanlarının artırılması insan kapitalının formalaşdırılması Azərbaycan dövlətçiliyinin əsasını təşkil edir. Azərbaycan hökuməti hər zaman təhsilin inkişafına xüsusi diqqət qayğı ilə yanaşır. Ali məqsəd məhz neft kapitalını insan kapitalına çevirməklə innovativ biliyə əsaslanan iqtisadiyyatı daha da gücləndirməkdir. Müasir dövrdə Azərbaycanın təhsil sistemi qlobal təhsil sisteminə inteqrasiya etməkdədir. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramıçərçivəsində təhsil alan gənclər hazırda dövlət idarələrində özəl qurumlarda uğurla fəaliyyət göstərirlər. Azərbaycan Fransa prezidentlərinin təşəbbüsü ilə yaradılan Azərbaycan-Fransız Universiteti (UFAZ) isə ölkə təhsilinin beynəlxalq səviyyə çatdırılmasının bariz nümunəsidir.

Ceyhun Bayramov diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının Təhsil Nazirliyi hər zaman mütərəqqi dünya təcrübəsinin təhsil sahəsində öyrənilməsinə diqqət yetirir, bu istiqamətdə beynəlxalq əməkdaşlığı, xüsusilə Böyük Britaniya ilə əlaqələri genişləndirir, “British Council” ilə müxtəlif layihələr həyata keçirir. Son illərdə təşkilatla birgə ondan artıq layihə, yüzdən çox tədbir həyata keçirilib.

Müasir dövrdə əmək bazarının tələbləri çox sürətlə dəyişir. Bu cür tədbirlərin keçirilməsi, eləcə qeyd olunan sahədə beynəlxalq mütəxəssislərin tövsiyəsi, ali təhsil müəssisələrinin rəhbərləri ilə fikir mübadiləsinin aparılması, tələbələrin gələcək əmək bazarına daha yaxşı hazırlığı üçün dəyirmi masa müzakirələrin təşkili olduqca vacibdir. Bugünkü tədbirin əsas məqsədi tələbələrin gələcək əmək bazarına uyğunlaşdırılması bu sahədə göstəricilərin yüksəldilməsidir”, - deyə Təhsil naziri vurğulayıb.

Tədbirdə Böyük Britaniyanın Azərbaycandakı səfiri, Birləşmiş Krallıq Azərbaycan universitetlərinin, tərəfdaşlığın qurulmasında maraqlı olan şirkətlərin nümayəndələri iştirak ediblər.

 

Azərbaycan.- 2019.- 1 noyabr.- S.6.