2019-cu il dekabrın 23-nə təyin
edilmiş bələdiyyə seçkilərində
Yeni Azərbaycan Partiyasının səlahiyyətli
nümayəndələrinin qeydə alınması
haqqında
Azərbaycan
Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı
Qərar №
10/36
2019-cu il dekabrın 23-nə təyin
edilmiş bələdiyyə seçkilərində Yeni Azərbaycan
Partiyası İdarə Heyətinin 2019-cu il 25 oktyabr tarixli
iclasının qərarı ilə səlahiyyətli nümayəndələr
təyin olunmuş və həmin şəxslərin qeydə
alınması üçün müvafiq sənədlər Mərkəzi
Seçki Komissiyasına təqdim edilmişdir.
Mərkəzi Seçki
Komissiyası bununla əlaqədar qanunvericilikdə nəzərdə
tutulmuş müddətdə və qaydada müvafiq
araşdırma aparıb, təqdim edilmiş şəxslərin
qeydə alınması üçün hüquqi əsasların
olmasını müəyyən etmişdir.
Yuxarıda qeyd edilənləri əsas
götürərək Azərbaycan Respublikasının Mərkəzi
Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin
19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 52-ci maddələrinə
əsasən qərara alır:
1. 2019-cu il dekabrın 23-nə təyin
edilmiş bələdiyyə seçkilərində
aşağıdakı şəxslər Yeni Azərbaycan
Partiyasının səlahiyyətli nümayəndələri
kimi qeydə alınsınlar:
Vüsal Fəxrəddin oğlu
Əliyev
Salman Yaşar oğlu Salmanov
2. Bu Qərar dərc edildiyi
gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
31.10.2019-cu il
Azərbaycan.-
2019.- 1 noyabr.- S.9.