2019-cu il dekabrın 23-nə təyin
edilmiş bələdiyyə seçkilərində
Bütöv Azərbaycan Xalq
Cəbhəsi Partiyasının səlahiyyətli və maliyyə
məsələləri üzrə səlahiyyətli nümayəndələrinin
qeydə alınması haqqında
Azərbaycan
Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı
Qərar №
10/38
2019-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası Ali Məclisinin 2019-cu il 26 oktyabr tarixli iclasının 3 və 4 saylı qərarları ilə səlahiyyətli nümayəndələr və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə təyin olunmuş və həmin şəxslərin qeydə alınması üçün müvafiq sənədlər Mərkəzi Seçki Komissiyasına təqdim edilmişdir.
Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, təqdim edilmiş şəxslərin qeydə alınması üçün hüquqi əsasların olmasını müəyyən etmişdir.
Yuxarıda qeyd edilənləri əsas götürərək Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 52-ci maddələrinə əsasən qərara alır:
1. 2019-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində aşağıdakı şəxslər Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının səlahiyyətli və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələri kimi qeydə alınsınlar:
1.1. Səlahiyyətli nümayəndələr:
Yaşar Rəşid oğlu Kələntərov
Əli Səvindik oğlu Həzquluyev
Nəsimi Vələd oğlu İsayev
Vaqif Şirin oğlu Abışov
Nəzakət Kamran qızı Məmmədova
Yeganə Kazım qızı Mehdiyeva
Yaşar Qəzənfər oğlu Məmişov
Faiq İslam oğlu İsmayılov
Bünyamin Nağdəli oğlu Qəmbərli
Mahir Həmzə oğlu Zeynalov
1.2. Maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə:
İlqar Əlixan oğlu Məmmədxanov
2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
31.10.2019-cu il
Azərbaycan.-
2019.- 1 noyabr.- S.9.