2019-cu il dekabrın 23-nə təyin
edilmiş bələdiyyə seçkilərində
Milli Dirçəliş Hərəkatı
Partiyasının səlahiyyətli və maliyyə məsələləri
üzrə səlahiyyətli nümayəndələrinin qeydə
alınması haqqında
Azərbaycan
Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı
Qərar №
10/39
2019-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Milli Dirçəliş Hərəkatı Partiyası Ali Məclisinin 2019-cu il 20 oktyabr tarixli iclasının qərarı ilə səlahiyyətli nümayəndələr və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə təyin olunmuş və həmin şəxslərin qeydə alınması üçün müvafiq sənədlər Mərkəzi Seçki Komissiyasına təqdim edilmişdir.
Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, təqdim edilmiş şəxslərin qeydə alınması üçün hüquqi əsasların olmasını müəyyən etmişdir.
Yuxarıda qeyd edilənləri əsas götürərək Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 52-ci maddələrinə əsasən qərara alır:
1. 2019-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində aşağıdakı şəxslər Milli Dirçəliş Hərəkatı Partiyasının səlahiyyətli və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələri kimi qeydə alınsınlar:
1.1. Səlahiyyətli nümayəndələr:
Şakir Pünhan oğlu Ağayev
Tahir Tofiq oğlu Seyidov
Həsrət Əhməd oğlu Fərzəliyev
1.2. Maliyyə məsələləri
üzrə səlahiyyətli nümayəndə:
Çingiz
Yusif oğlu Əhədli
2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
31.10.2019-cu il
Azərbaycan.-
2019.- 1 noyabr.- S.9.