2019-cu il dekabrın 23-nə təyin
edilmiş bələdiyyə seçkilərində
Azərbaycan Demokratik Maarifçilik
Partiyasının səlahiyyətli və maliyyə məsələləri
üzrə səlahiyyətli nümayəndələrinin qeydə
alınması haqqında
Azərbaycan
Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı
Qərar №
10/40
2019-cu il dekabrın 23-nə təyin
edilmiş bələdiyyə seçkilərində Azərbaycan
Demokratik Maarifçilik Partiyası Ali Məclisinin 2019-cu il 20
oktyabr tarixli iclasının qərarı ilə səlahiyyətli
nümayəndələr və maliyyə məsələləri
üzrə səlahiyyətli nümayəndə təyin olunmuş
və həmin şəxslərin qeydə alınması
üçün müvafiq sənədlər Mərkəzi
Seçki Komissiyasına təqdim edilmişdir.
Mərkəzi Seçki
Komissiyası bununla əlaqədar qanunvericilikdə nəzərdə
tutulmuş müddətdə və qaydada müvafiq
araşdırma aparıb, təqdim edilmiş şəxslərin
qeydə alınması üçün hüquqi əsasların
olmasını müəyyən etmişdir.
Yuxarıda qeyd edilənləri əsas
götürərək Azərbaycan Respublikasının Mərkəzi
Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin
19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 52-ci maddələrinə
əsasən qərara alır:
1. 2019-cu il dekabrın 23-nə təyin
edilmiş bələdiyyə seçkilərində
aşağıdakı şəxslər Azərbaycan Demokratik
Maarifçilik Partiyasının səlahiyyətli və maliyyə
məsələləri üzrə səlahiyyətli nümayəndələri
kimi qeydə alınsınlar:
1.1. Səlahiyyətli nümayəndələr:
Pənah Abbas oğlu Həmzəyev
Kənan Qulu oğlu Əsədov
1.2. Maliyyə məsələləri
üzrə səlahiyyətli nümayəndə:
Vüsal Saleh oğlu
İsmayılov
2. Bu Qərar dərc edildiyi
gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
31.10.2019-cu il
Azərbaycan.-
2019.- 1 noyabr.- S.9.