2019-cu il
dekabrın 23-nə təyin edilmiş bələdiyyə
seçkilərində Ana Vətən Partiyasının səlahiyyətli
və maliyyə məsələləri üzrə səlahiyyətli
nümayəndələrinin qeydə alınması
haqqında
Azərbaycan
Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı
Qərar №
10/43
2019-cu il dekabrın 23-nə təyin
edilmiş bələdiyyə seçkilərində Ana Vətən
Partiyası Ali Məclisinin 2019-cu il 26 oktyabr tarixli
iclasının qərarı ilə səlahiyyətli nümayəndələr
və maliyyə məsələləri üzrə səlahiyyətli
nümayəndə təyin olunmuş və həmin şəxslərin
qeydə alınması üçün müvafiq sənədlər
Mərkəzi Seçki Komissiyasına təqdim edilmişdir.
Mərkəzi Seçki
Komissiyası bununla əlaqədar qanunvericilikdə nəzərdə
tutulmuş müddətdə və qaydada müvafiq
araşdırma aparıb, təqdim edilmiş şəxslərin
qeydə alınması üçün hüquqi əsasların
olmasını müəyyən etmişdir.
Yuxarıda qeyd edilənləri əsas
götürərək Azərbaycan Respublikasının Mərkəzi
Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin
19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 52-ci maddələrinə
əsasən qərara alır:
1. 2019-cu il dekabrın 23-nə təyin
edilmiş bələdiyyə seçkilərində
aşağıdakı şəxslər Ana Vətən
Partiyasının səlahiyyətli və maliyyə məsələləri
üzrə səlahiyyətli nümayəndələri kimi
qeydə alınsınlar:
1.1. Səlahiyyətli nümayəndələr:
Həcərxanım Əsədağa
qızı Məlikova
Seymur Şirvan oğlu Əliyev
Əlibala Məmmədyar oğlu
Əsədov
Orxan Vahid oğlu Əhmədov
Nurəddin Əli oğlu Əmirov
Niyaməddin Həsən oğlu Səlimi
Röyal Etibar oğlu Heydərov
İdris Bulac oğlu Bədirov
Sultan Teyfur oğlu Mühbəliyev
Elnur Hacıməmməd oğlu Məmmədov
Valeh Abuturab oğlu Əzizov
Taleə Fikrət qızı Nəsibova
Nuray Rəhim qızı Əliyeva
İsmayılqurban Səlim oğlu
Pənahlı
1.2. Maliyyə məsələləri
üzrə səlahiyyətli nümayəndə:
Tünzalə Sədrəddin
qızı İsmayılova
2. Bu Qərar dərc edildiyi
gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
31.10.2019-cu il
Azərbaycan.-
2019.- 1 noyabr.- S.9.