“Bakı Dövlət Universitetinin 100 illiyi
(1919-2019)” Azərbaycan Respublikasının yubiley
medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan
Respublikasının orden və
medallarının təsis edilməsi haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə” Azərbaycan Respublikasının
2019-cu il 22 oktyabr tarixli
1687-VQD nömrəli Qanununun tətbiqi
haqqında
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 19-cu və
32-ci bəndlərini rəhbər
tutaraq, "Bakı Dövlət Universitetinin
100 illiyi (1919-2019)” Azərbaycan
Respublikasının yubiley
medalının təsis
edilməsi ilə əlaqədar "Azərbaycan
Respublikasının orden
və medallarının
təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi
barədə” Azərbaycan
Respublikasının 2019-cu il
22 oktyabr tarixli 1687-VQD
nömrəli Qanununun
qüvvəyə minməsi
ilə əlaqədar
həmin Qanunun tətbiqini təmin etmək məqsədilə
qərara alıram:
1. Müəyyən
edilsin ki:
1.1. "Bakı Dövlət Universitetinin
100 illiyi (1919-2019)” Azərbaycan
Respublikasının yubiley
medalının təsis
edilməsi ilə əlaqədar "Azərbaycan
Respublikasının orden
və medallarının
təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi
barədə” Azərbaycan
Respublikasının 2019-cu il
22 oktyabr tarixli 1687-VQD
nömrəli Qanunu ilə təsdiq edilmiş "Bakı Dövlət Universitetinin
100 illiyi (1919-2019)” Azərbaycan
Respublikasının yubiley
medalı haqqında Əsasnamə”nin 1-ci maddəsində
hər iki halda nəzərdə tutulan müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini
Azərbaycan Respublikasının
Prezidenti həyata keçirir;
1.2. həmin
Qanunla təsdiq edilmiş "Bakı Dövlət Universitetinin
100 illiyi (1919-2019)” Azərbaycan
Respublikasının yubiley
medalının təsviri”nin
3.1-ci maddəsində nəzərdə
tutulan müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini
Azərbaycan Respublikasının
Prezidenti həyata keçirir;
1.3. həmin Qanunla təsdiq edilmiş "Bakı Dövlət Universitetinin
100 illiyi (1919-2019)” Azərbaycan
Respublikasının yubiley
medalı haqqında Əsasnamə”nin 1-ci maddəsində
hər iki halda "orqan (qurum)” dedikdə və həmin Qanunla təsdiq edilmiş "Bakı Dövlət Universitetinin
100 illiyi (1919-2019)” Azərbaycan
Respublikasının yubiley
medalının təsviri”nin
3.1-ci maddəsində "orqan
(qurum)” dedikdə Bakı Dövlət Universiteti nəzərdə
tutulur.
2. "Bakı Dövlət Universitetinin
100 illiyi (1919-2019)” Azərbaycan
Respublikasının yubiley
medalı ilə təltif etmək səlahiyyəti Azərbaycan
Respublikasının Təhsil
nazirinə verilsin.
3. Azərbaycan Respublikasının Nazirlər
Kabineti "Bakı Dövlət Universitetinin
100 illiyi (1919-2019)” Azərbaycan
Respublikasının yubiley
medalının təsis
edilməsi ilə əlaqədar "Azərbaycan
Respublikasının orden
və medallarının
təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi
barədə” Azərbaycan
Respublikasının 2019-cu il
22 oktyabr tarixli 1687-VQD
nömrəli Qanunundan
irəli gələn məsələləri həll
etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 1 noyabr
2019-cu il
Azərbaycan.- 2019.- 2 noyabr.- S.2.