“Uşaqların cinsi istismardan və cinsi
zorakılıqdan müdafiəsi haqqında” Avropa
Şurası Konvensiyasının təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikasının
Konstitusiyasının 95-ci maddəsinin
I hissəsinin 4-cü bəndini
rəhbər tutaraq qərara alır:
"Uşaqların
cinsi istismardan və cinsi zorakılıqdan
müdafiəsi haqqında”
2007-ci il oktyabrın
25-də Lansarotedə imzalanmış
Avropa Şurasının
Konvensiyası Azərbaycan
Respublikasının müvafiq
bəyanatı ilə
təsdiq edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
22 oktyabr 2019-cu il
Azərbaycan.- 2019.- 2 noyabr.-
S.1.