BAKI: təkrarsız tarixi sima, müasir memarlıq incisi
UNESKO-nun "Yaradıcı şəhərlər
şəbəkəsi” siyahısına
daxil olan paytaxtımız həm də tolerantlıq və multikulturalizm mərkəzidir
Zəngin və qədim mədəniyyətə, eləcə
də tolerantlıq ənənələrinə söykənən
müstəqil Azərbaycan
dövləti inkişaf
sürətinə görə
yalnız Avropa məkanında deyil, dünya ölkələri
içərisində də
ön sıralardadır. Azərbaycan
Prezidenti İlham Əliyevin son 15 il
ərzində həyata
keçirdiyi məqsədyönlü
siyasət milli inkişaf hədəflərinə
hesablanmaqla doğru istiqamətdə olduğunu
dəfələrlə təsdiqləyib.
Məhz həmin siyasətin nəticəsidir ki, respublikanın paytaxtı
son illər bir sıra beynəlxalq konfrans və festivallara evsahibliyi etməkdədir. Müxtəlif sahələri əhatə
edən belə tədbirlər, təbii ki, keçirildiyi məkan barədə də iştirakçılarda
zəngin təəssürat
yaradır. Bu mənada silsilə xarakterli beynəlxalq tədbirlər ölkəmizin
nəinki yerləşdiyi
Cənubi Qafqazda, Avropa məkanında, hətta dünya arenasında belə geniş təbliğində
mühüm amillərdən
sayılır.
...Bir vaxtlar "Bakının dərdi var, Bakı xəstədir” yazan ölməz Xalq şairi Səməd Vurğun başqa bir şeirində isə
"Bir dön bizim Bakıya bax...” deyirdi. Bakının hüsnü hər
zaman gözəl olub. Bu gün isə Bakı özgə libasdadır: müasirliyi ilə, hətta Avropanı heyran edən, bir çox ölkələrin paytaxtını
geridə qoyan şəhərimiz həm
də əcnəbilərin
əsl istirahət yerinə çevrilib. Nəinki qızmar yay günlərində, ilin bütün fəsillərində
gəzməli, görməli...
məkanları əcnəbi
turistlərlə dolu olur. Əlbəttə, Bakı tarixən
dünya səyahətinə
çıxanların diqqətində
olub və bu, onların xatirələrində yaşayıb.
Son illər
paytaxtın beynəlxalq
mədəni-kütləvi tədbirlərə, eləcə
də idman yarışlarına evsahibliyi
etməsi, bütün
sahələrdə sürətli
inkişafı, əmin-amanlığı,
tarixən qorunub saxlanan tolerantlıq mühiti və multikultural ənənələrinə
sadiqliyi ona marağı daha da artırıb.
Paytaxtlar içərisində
bir sıra xüsusi keyfiyyətlərinə,
əsasən tarixi siması qorunub saxlanmaqla müasirliyinə
görə beynəlxalq
birliyin daha çox diqqət ayırdığı Bakının
31 oktyabr 2019-cu il tarixində
UNESKO-nun "Yaradıcı şəhərlər şəbəkəsi”
siyahısına daxil edilməsi də əlamətdar mədəni
hadisə kimi yaddaşlara yazılacaq.
Azərbaycan Respublikasının
Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva paytaxt Bakının 31 oktyabr -
"Dünya Şəhərlər
Günü”ndə "dizayn”
tematikası üzrə
UNESKO-nun "Yaradıcı şəhərlər şəbəkəsi”
siyahısına daxil edilməsilə əlaqədar
rəsmi "Instagram”
səhifəsində bu
sevinci doğma xalqı ilə paylaşıb. Paylaşmada
deyilir: "Təkrarsız
tarixi siması qorunaraq müasir memarlıq inciləri ilə daim gözəlləşən
Bakı şəhəri
31 oktyabr -”Dünya Şəhərlər Günü”ndə
"dizayn” tematikası
üzrə UNESKO-nun "Yaradıcı
şəhərlər şəbəkəsi”
siyahısına daxil edilib. Paytaxtımızın tarixi üçün
əlamətdar olan bu hadisə münasibətilə həmvətənlərimi
təbrik edirəm, ölkəmizin bütün
şəhərlərinə sülh, inkişaf, tərəqqi, mehriban, qonaqpərvər sakinlərinə
isə xoşbəxtlik
və firavanlıq arzulayıram!”
Bakının UNESKO-nun "Yaradıcı şəhərlər
şəbəkəsi”nə qoşulması ölkəmizin
dünyada artan nüfuzunun göstəricilərindən
biridir. Bununla əlaqədar olaraq
keçirilən mətbuat
konfransında Mədəniyyət
Nazirliyinin Aparat rəhbərinin müavini
Vasif Eyvazzadə bildirib ki, Bakı
ilə bağlı qəbul edilən bu qərar ölkəmiz
üçün olduqca
əlamətdar və
tarixi-mədəni hadisədir.
Çünki bu şəbəkəyə
hazırda dünya üzrə cəmi 246 şəhər daxil edilib. Şəhərlər bu siyahıya
incəsənət və
sənətkarlıq, xalq
sənəti, dizayn, kinematoqrafiya, astronomiya, ədəbiyyat, media və
musiqi kateqoriyaları üzrə salınır.
Bakı şəhəri isə
"dizayn” kateqoriyası
üzrə siyahıya
salınıb. Şəhərlərin
bu siyahıya salınmasında "3T” prinsipi
əsas götürülür
- talant, texnologiya və tolerantlıq: "Bir məqamı da vurğulayaq ki, Bakının yaradıcı şəhərlər
şəbəkəsi” üzrə
siyahıya alınması
yalnız bu faktorlarla bağlı deyil. Son zamanlar Bakıda keçirilən
çoxsaylı tədbirlər,
paytaxtın qədimliyi
ilə müasirliyi arasındakı harmonik bir körpünün formalaşdırılması, həmçinin
ölkə rəhbərliyinin
bu prosesə dəstək göstərməsi,
xüsusilə də Azərbaycanın Birinci vitse-prezidenti, UNESKO-nun xoşməramlı
səfiri Mehriban xanım Əliyevanın Azərbaycan-UNESKO əlaqələrinə
verdiyi töhfələrin
burada hadisələrin
reallaşdırılmasında başlıca rol oynadığını görürük”.
Bakıya belə bir dəyərin
verilməsi, eyni zamanda regionlarımızın
da yaradıcı mərkəzə çevrilməsinə
imkan verəcək. Bakının yaradıcı şəhər
elan edilməsi bizə həm də imkan verəcək
ki, paytaxtın təcrübəsində digər
regionlarımız da yaradıcı mərkəzə
çevrilsinlər. Onlar da təbii ki, imkan yaradacaq ki, yaradıcılıqla məşğul olan sənətkarlar, şirkətlər,
özəl və dövlət qurumları arasında əməkdaşlığın
gücləndirilməsi, həmçinin
bu sahədə innovativ layihələrin həyata keçirilməsi
sürətlənsin. Bakının qazandığı yeni ad, həmçinin dizayn sənayesinin də dinamik inkişafına öz müsbət təsirini göstərəcək.
Ölkəmizin inkişafının yeni mərhələsi Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Azərbaycan
Prezidenti İlham Əliyevin adı ilə sıx bağlıdır. Son illər
ölkəmizin, o cümlədən
onun paytaxtının hərtərəfli inkişafı
dünya çapında
diqqət mərkəzinə
çəkilir. Əlbəttə, bu səbəb və amilləri sadalamağa ehtiyac yoxdur. Lakin ölkəmizdə keçirilən
bir sıra beynəlxalq tədbirlərin
iştirakçılarının, eləcə də həmin müddətdə
burada olan turistlərin etiraflarında
inkişafın səbəbi
kimi məhz əsası Ulu Öndər Heydər Əliyev tərəfindən
qoyulmuş siyasi kursun layiqincə davam etdirilməsi və bir sıra
mühüm beynəlxalq
layihələrin gerçəkləşdirilməsində
Heydər Əliyev Fondunun fəaliyyəti ilə birbaşa bağlılığı göstərilir.
Bakının hərtərəfli inkişaf
etdirilməsi ilk növbədə
yaradılan sosial mühitdən də asılıdır. Burada hökm sürən
əmin-amanlıq, dinclik,
müxtəlif xalqların
nümayəndələrinin tolerantlıq mühitində
dinc, yanaşı yaşamasına şərait
paytaxtın inkişafını
şərtləndirən amillər
sırasındadır.
Azərbaycanın mədəni zənginliyinin
dünyada daha geniş şəkildə
tanıdılması, bu
tarixi mirasın qorunaraq gələcək nəsillərə çatdırılması
da dövlət başçısının daim
diqqət mərkəzindədir. Azərbaycan
Prezidentinin sərəncamı
ilə təsdiq olunan "Azərbaycan
2020: gələcəyə baxış” İnkişaf
Konsepsiyasında bu sahəyə xüsusi yer ayrılır.
Hərtərəfli və dayanıqlı iqtisadi inkişaf, sosial cəlbedicilik, məşğulluq
və yoxsulluğun azaldılması, təbii
ehtiyatlardan səmərəli
istifadə, ətraf mühitin mühafizəsi
və iqlim dəyişikliyi, mədəni
dəyərlər, müxtəliflik
və irs,
qarşılıqlı anlaşma,
sülh və təhlükəsizliyin təmini
mühüm məsələlərdəndir.
Bunlardan başqa, son illər ölkəmizdə,
paytaxt Bakıda keçirilən bir sıra beynəlxalq tədbirlər də ilin bütün fəsillərində bu gözəl şəhərə
qonaqların axınına
səbəb olur: Bakı, sabahın xeyir...
Məhəmməd
NƏRİMANOĞLU,
Azərbaycan.- 2019.- 2 noyabr.- S.1; 3.