Azərbaycanın hərtərəfli inkişafının
təməlində ölkənin iqtisadi
müstəqilliyi dayanır
Dünyanın karbohidrogenlərlə zəngin olan regionlarında yerləşən ölkələrin hamısının iqtisadiyyatının əsas hissəsini neft-qaz sektoru təşkil edir. Bu, təbiidir və heç zaman mənfi hal sayıla bilməz. Azərbaycan iqtisadiyyatında da bu sahə önəmli yer tutur. Ölkəmiz Xəzərin Azərbaycana məxsus sektorunda nəhəng yataqlar kəşf edərək onları istismara verib, qlobal neft-qaz və ixrac layihələri həyata keçirib.
"Azəri-Çıraq-Günəşli” neft və "Şahdəniz” qaz-kondensat yataqları hazırda dünyada işlənən ən böyük karbohidrogen mənbələrindəndir. Azərbaycanın mükəmməl beynəlxalq əməkdaşlıq və tərəfdaşlıq formatı yaradaraq gerçəkləşdirdiyi layihələr bütün region üçün mühüm əhəmiyyət daşıyır. Üç ölkənin ərazisindən keçən, 1768 kilometr məsafə qət edən Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri buna aydın misaldır. BTC-dən az sonra Bakı-Tbilisi-Ərzurum (BTƏ) kəməri "Şahdəniz” qazını Gürcüstana və Türkiyəyə çatdırıb.
Bu möhkəm bünövrə yeni layihələrə yol açıb. Azərbaycanın təşəbbüsü və liderliyi ilə həyata keçirilən "Cənub qaz dəhlizi” reallığa çevrilib. Layihənin dörd seqmentindən üçü artıq istifadəyə verilib. Dəhlizin sonuncu hissəsi olan Trans-Adriatik Qaz Boru Kəməri (TAP) gələn il Azərbaycan qazını Avropaya çatdıracaq.
Prezident İlham Əliyev müdrik sosial-iqtisadi siyasət yürüdərək neftdən gələn gəlirləri iqtisadiyyatın şaxələndirilməsinə, infrastruktur layihələrinin gerçəkləşdirilməsinə yönəldib, neft kapitalını insan kapitalına çevirib. Bu barədə dövlət başçısı belə deyib: "Məhz neft-qaz sektorunun inkişafı hesabına biz böyük infrastruktur layihələri icra etmişik, neft-qaz sektorunun gəlirləri hesabına biz 300 mindən çox köçkünü yerləşdirmişik, biz ordumuzu gücləndirmişik, biz böyük sosial layihələri icra etmişik. Əgər bizdə neft-qaz sektoru olmasaydı, yaxud da ki, bu sektoru inkişaf etdirməsəydik, biz nəyin hesabına inkişaf edəcəkdik?”
Azərbaycanın neft sərvətləri hələ çoxdur. Dənizdə və quruda istismar olunan yataqların ehtiyatları min tonlarla ölçülür. Hətta yeni yataqlarda kəşfiyyat işləri aparılır, onların işlənməsi üçün yeni müqavilələr imzalanır. Ölkəmizin qaz ehtiyatları 2,6 trilyon kubmetrə bərabərdir. Bu o deməkdir ki, neft-qaz sektoru bundan sonra da inkişafda olacaq. Bununla belə, Azərbaycan dövləti uzaqgörən, məqsədyönlü siyasət həyata keçirərək iqtisadiyyatı şaxələndirməyi prioritet kimi qarşıya qoyub.
Hazırda qeyri-neft sektorunda mühüm işlər görülür. Bu sektorun güclü qolu olan kənd təsərrüfatında ildən-ilə daha böyük nailiyyətlər əldə olunur. Əslində, aqrar sektorun özü də şaxələnir. Pambıqçılıq, üzümçülük, tütünçülük, baramaçılıq və digər geriləmiş, az qala unudulmuş sahələr yenidən dirçəldilib. İndi aqrar sahəyə diqqətin artırılması nəticəsində bütün pambıqçılıq rayonlarında həyat canlanıb. Yüzlərlə insan işlə təmin olunub. Bu, digər kənd təsərrüfatı sahələrinə də aiddir. Üzümçülüyün, tütünçülüyün, baramaçılığın keçmiş şöhrətinin qaytarılması emal sənayesinin genişləndirilməsini də gündəmə gətirib.
Azərbaycan başdan-başa bar verən
bağlara çevrilir. Bölgələrdə yeni xurma, fındıq,
badam, zeytun bağları salınıb,
çoxsaylı tut ağacları
əkilib. Cənub
zonasında sitrus bağları cana
gəlib, çəltikçilik,
çayçılıq yeni
inkişaf mərhələsinə
qədəm qoyub. Zaqatalada qızılgül plantasiyaları
yenidən çiçək
açıb. Bu siyahını artırmaq da mümkündür.
Bunların hamısı qeyri-neft
sektorunun inkişafına,
iqtisadiyyatın diversifikasiyasına,
nəticə etibarilə
Azərbaycanın möhkəmlənməsinə,
iqtisadi siyasətimizin
müstəqilliyinə xidmət
edir.
Regionların inkişafına yönəldilən
dövlət proqramları
çərçivəsində həyata keçirilən
tədbirlər ölkədə
iqtisadiyyatın tarazlı
şəkildə inkişafına
imkan verib. Bölgələrdə genişmiqyaslı və çoxşaxəli infrastruktur
layihələri gerçəkləşib.
İndi Azərbaycanın işıq,
qaz, su sarıdan
problemi yoxdur. Ölkəmiz həm əhalini
və iqtisadi sahələri işıqla
tam təmin edir, həm də xaricə elektrik enerjisi ixrac edir. Qazlaşdırma 96 faizi ötür.
Qaz xətləri sovet dönəminin ən inkişaflı illərində
belə mavi yanacaq üzü görməyən ucqar dağ kəndlərinə
çatıb. Kəndli suvarma
suyundan da korluq çəkmir.
Görülən bu və digər tədbirlər birbaşa, yaxud dolayısı ilə iqtisadiyyatın şaxələndirilməsinə,
iqtisadi müstəqilliyə
təkan verir.
Son illərdə
Bakı daha da genişlənərək
və gözəlləşərək
meqapolisə çevrilib. Dünyanın müxtəlif ölkələrindən
gələn turistlər
Azərbaycan paytaxtına
valeh olurlar. Turist axını getdikcə daha çox bölgəni əhatə
edir. Təqdirəlayiq haldır ki,
qeyri-neft sektorunun turizm sahəsinin özü də şaxələnir. Ölkəmizdə turizmin müxtəlif növləri, o cümlədən
qış turizmi də inkişaf edir.
Prezident İlham Əliyev iqtisadi müstəqilliyi Azərbaycanın siyasi müstəqilliyini, o cümlədən
xarici siyasətdə apardığı prinsipial
mövqeyin əsas baza prinsipi kimi
dəyərləndirir. Bu baxımdan
da iqtisadiyyatın hərtərəfli inkişafını,
xüsusilə qeyri-neft
sektorunun genişləndirilməsini
əsas prioritet kimi elan edib:
"Hələ Ulu Öndər Heydər Əliyev vaxtilə demişdir ki, iqtisadiyyatı güclü
olan ölkə hər şeyə qadirdir. Bu, tam həqiqətdir
və bu gün bizim siyasi müstəqilliyimizin
təməlində iqtisadi
müstəqillik dayanır.
Mən bunu öz çıxışlarımda
dəfələrlə demişəm.
Əgər bizim iqtisadiyyatımız kənar
dairələrdən asılı
olsaydı, biz uğurlu
siyasi kurs icra edə bilməzdik...
Mən Prezident kimi ilk illərdən iqtisadi müstəqilliyə
nail olmaq üçün
çalışmışam, müvafiq göstərişlər
vermişəm. Bu gün Azərbaycan iqtisadi baxımdan, o cümlədən siyasi baxımdan heç kimdən, heç bir ölkədən asılı deyil, prinsipial müstəqil siyasət aparır, o siyasət ki, Azərbaycan xalqının
maraqlarını təmin
edir. Azərbaycan xalqının maraqlarını,
dövlət maraqlarını
bütün beynəlxalq
tribunalardan müdafiə
etmək üçün,
əlbəttə ki, bizim iqtisadi imkanımız olmalıdır”.
Ölkəmizin gündən-günə çoxalan
nailiyyətləri məhz
müstəqil iqtisadi
siyasətimizlə birbaşa
bağlıdır. Bunu bütün
dünya görür və etiraf edir. Beynəlxalq reytinq qurumlarının,
o cümlədən Davos
Ümumdünya İqtisadi
Forumunun hesabatlarında
Azərbaycanın inkişafına
verilən dəyər
deyilənlərə sübutdur.
Flora SADIQLI
Azərbaycan.- 2019.-2 noyabr.-
S.1; 5.