Demokratik inkişaf yolu Azərbaycanın öz seçimidir

 

Prezident İlham Əliyevin uğurlu diplomatiyası ölkəmizi müasir geosiyasigeoiqtisadi proseslərin fəal iştirakçısına çevirib

 

Müxtəlif dövlətlərin maraqlarının kəsişmə məkanında, Cənubi Qafqaz kimi mürəkkəb geosiyasi regionda yerləşən Azərbaycan bu gün tarixinin ən qüdrətli dövrünü yaşayır. Regionun və bütövlükdə Avropa siyasi coğrafiyasının ən mühüm aktorlarından birinə çevrilən Azərbaycan həm də dünya birliyində mövqeyini getdikcə möhkəmləndirir və söz sahibinə çevrilir. Bütün bu uğurları şərtləndirən isə Prezident İlham Əliyevin qlobal miqyaslı təşəbbüsləri, uğurlu daxilixarici siyasətidir.

Hər keçən gün nüfuzu yüksələn Azərbaycan böyük uğurlara imza atmaqdadır. Təkcə ötən ay ictimai-siyasi, hərbi və humanitar sahələrdə əldə edilən tarixi nailiyyətlərə nəzər yetirsək, bunun şahidi olarıq:

* 14-15 oktyabr - Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü keçirildi və təşkilata sədrlik Qırğızıstandan Azərbaycana keçdi.

* 15 oktyabr - Parisdə keçirilən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) toplantısında Azərbaycan qurumun İnkişafa Dəstək Komitəsinə tamhüquqlu üzv kimi qəbul olundu.

* 24 oktyabr - Dünya Bankının "Doing Business-2020” hesabatında Azərbaycan top-20 ən islahatçı ölkə sırasında yer aldı.

* 25 oktyabr - ABŞ-ın paytaxtı Vaşinqtonda Beynəlxalq Astronavtika Federasiyasının Baş Assambleyasında keçirilmiş seçkilər zamanı 2022-ci ildə keçiriləcək konqresə evsahibliyi etmək isəyən şəhərlər sırasında olan Bakı şəhəri Sinqapur, Rio-de-JaneyroNyu Dehli şəhərlərindən daha çox səs topladı. 3 ildən sonra Bakıda 68 ölkəni təmsil edən 398 təşkilatın üzv olduğu federasiyanın 6 mindən çox üzvünün iştirakı ilə möhtəşəm konfrans keçiriləcək.

* 25-26 oktyabr - Azərbaycan müstəqillik tarixində ən mühüm konfranslardan birinə evsahibliyi etdi. Bakıda BMT-dən sonra ikinci böyük beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü keçirildiquruma sədrlik Venesueladan Azərbaycana keçdi.

* 30 oktyabr - Bakıda MDB ölkələrinin Müdafiə Nazirləri Şurasının

77-ci iclası keçirildi. MDB ölkələrinin 2025-ci ilədək hərbi əməkdaşlıq konsepsiyası təsdiq edildi.

Müstəqilliyinin bərpasından sonra Azərbaycan dövlətinin yaşadığı müasir tarixə nəzər salsaq, aydın şəkildə görərik ki, respublikamız bir çox aparıcı dünya dövlətlərinin onilliklər boyu keçdiyi təkamül və inkişaf mərhələlərini qısa zaman kəsiyində qət edə bilib.

Son 16 ildə Prezident İlham Əliyevin səyləri nəticəsində Azərbaycan siyasiiqtisadi cəhətdən xeyli inkişaf edib, beynəlxalq aləmdə mövqelərini daha da gücləndirib. Bu gün hər bir azərbaycanlı cənab

İlham Əliyevin həyata keçirdiyi siyasi-iqtisadi, sosial-mədəni kursun, xarici siyasətinin uğurlu nəticələr verdiyinin şahididir. Dövlət başçısı müstəqil siyasəti ilə bütün məsələlərlə bağlı öz mövqeyini qətiyyətlə ifadə edir, prinsipial məsələlərdə beynəlxalq kürsülərdən səsini ucaldır, ədaləti və qanunun aliliyini təbliğ və müdafiə edir. Prezidentin nümayiş etdirdiyi praqmatizm, çevik və ağıllı dövlət siyasəti, sistemli və ardıcıl yanaşma ölkəmizin milli maraqlarının təmin olunmasında önəmli rol oynayır.

Prezident İlham Əliyev hər addımında milli maraq və mənafeləri uca tutur, ölkə vətəndaşlarının arzu və istəyini gerçəkləşdirmək üçün böyük əzmkarlıqla çalışır. Azərbaycan Prezidentinin fəaliyyətinin əsas qayəsi də xalqa və dövlətə sədaqətli, layiqli xidmət prinsipi üzərində qurulub.

Dövlət başçısı Azərbaycanın sosial-iqtisadi inkişafına paralel gedən demokratikləşmə prosesini bir-birindən təcrid olunmuş şəkildə götürmədən hər iki xətti ölkənin gələcək yüksəlişinin vahid istinad nöqtəsi kimi əsaslandırır. Prezidentin bu barədə irəli sürdüyü fikirlər təkcə Azərbaycanın yox, ümumilikdə demokratiya yoluna yenicə qədəm qoymuş bütün müstəqil ölkələrin gələcək inkişafının təməl prinsipi kimi tətbiq edilə bilər: "Ölkədə həm siyasi, həm də iqtisadi sahədə islahatlar cəsarətlə aparılır. Mən tam əminəm ki, siyasiiqtisadi islahatlar, iqtisadi yüksəliş və demokratikləşmə prosesləri bir-birini tamamlamalıdır və paralel şəkildə həyata keçirilməlidir. Əks təqdirdə iqtisadi durum yaxşılaşmasa, bizim iqtisadi planlarımız həyata keçməsə, təbii ki, Azərbaycanda tam şəkildə demokratik cəmiyyətin qurulmasından söhbət gedə bilməz”.

Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşündə cənab İlham Əliyev bir daha dünyanın diqqətini Azərbaycana cəlb edərək son 16 ildə əldə edilən nailiyyətlərdən söz açdı.

Azərbaycanın bu gün müstəqil xarici siyasət yeritdiyini deyən Prezident vurğuladı ki, məhz bu siyasət milli maraqlara, ədalətə əsaslanır və ölkəmizə çoxlu dostlar qazandırır. 2011-ci ildə Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi buna bariz nümunədir. Təhlükəsizlik Şurasına üzvlük müddətində ölkəmiz beynəlxalq sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə, ədalətin təmin edilməsinə mühüm töhfə verib və beynəlxalq siyasi proseslərin fəal iştirakçısına çevrilib. 2005-ci ildən etibarən Azərbaycan 90-dan çox ölkəyə humanitartexniki yardımlar göstərib. Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyi müxtəlif ölkələrdə yoxsulluğun azaldılması, elm, mədəniyyət, səhiyyə, informasiya texnologiyalarının inkişafı, su resurslarından səmərəli istifadə olunması, qrant proqramları və digər sahələrdə layihələr həyata keçirir.

Prezident bütün bu uğurların heçasan əldə edilmədiyini diqqətə çatdırdı. Müstəqilliyin ilk illərində baş vermiş hadisələr acınacaqlı durum yaradıb. Yalnız 1993-cü ildə Azərbaycan xalqının tələbi ilə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ölkəmizi daha böyük faciələrdən xilas edib. Azərbaycan demokratik, dayanıqlı inkişaf yoluna qədəm qoyub, ölkədə sabitlik və əmin-amanlıq bərqərar olub.

Bu gün Azərbaycan demokratiya, insan hüquqları və azadlıqları kimi dəyərlərə sadiqdir. Bunun dərin tarixi kökləri var: "Biz fəxr edirik ki, bir əsr bundan əvvəl Şərqdə müsəlman dünyasında ilk dəfə olaraq Azərbaycanda demokratik respublika qurulmuş, qadınlara səsvermə hüququ verilmişdir. Bu sahədə biz hətta əksər Qərb ölkələrini də qabaqlamışıq. Demokratik inkişaf Azərbaycanın şüurlu seçimidir. Azərbaycanda bütün fundamental insan hüquq və azadlıqları, qanunun aliliyi, mətbuat azadlığı təmin olunur”.

Son 16 il ərzində Azərbaycan iqtisadiyyatının sürətli inkişafı da göz önündədir. Ümumi daxili məhsulun üç dəfədən çox artması, ölkə iqtisadiyyatına 270 milyard dollardan artıq investisiya (yarısı xarici sərmayədir) yatırılması bunu təsdiqləyən faktdır.

Hazırda Azərbaycanın xarici borcu ümumi daxili məhsulun cəmi 17 faizini təşkil edir. Bu göstəriciyə görə ölkəmiz dünyada 9-cu yerdədir. Yoxsulluq 5 faiz səviyyəsindədir. Təkcə bu il minimum əməkhaqqı və sosial müavinətlər iki dəfə, minimum pensiya 70 faiz artıb. 280 mindən çox insanı əhatə edən 68 min ailə ünvanlı sosial yardımdan faydalanır və hər bir ailə təxminən 140 dollar ekvivalentində aylıq sosial yardım alır.

Ölkədə 3200-dən çox məktəb və 640-dan çox xəstəxana və tibb müəssisəsi tikilibya təmir edilib. Savadlılıq səviyyəsi 100 faizə yaxındır. Üç yüz mindən çox məcburi köçkün pulsuz ev və mənzillərlə təmin olunub. Məcburi köçkün ailələrinə orta hesabla 180 dollar ekvivalentində aylıq müavinət verilir.

Bütün bunlar cənab İlham Əliyevin həyata keçirdiyi iqtisadi islahatların uğurlarıdır. Məhz bu uğurlara görə Azərbaycan Prezidentinin adı dünyanın ən islahatçı liderləri sırasında çəkilir. Əldə edilən nailiyyətlər beynəlxalq aləmdə təqdir olunur. Dünya Bankının 2020-ci il üzrə "Doing Business” hesabatında Azərbaycanın ən islahatçı 20 ölkə sırasında yer alması da bunun real təzahürüdür. Davos Ümumdünya İqtisadi Forumunun hesabatında hökumətin uzunmüddətli strategiyasına görə Azərbaycan dünya miqyasında 10-cu, rəhbərliyin islahatlara meyillilik səviyyəsində isə 5-ci yerdədir.

Bu gün Azərbaycan həm də kosmik ölkədir. Hazırda ikisi telekommunikasiya, biri isə Yer səthini müşahidə edən üç peykimiz var. ABŞ-ın paytaxtı Vaşinqtonda Beynəlxalq Astronavtika Federasiyasının Baş Assambleyasında keçirilmiş seçkilər zamanı Bakı şəhərinin ən yüksək xal alması da təsdiq edir ki, həqiqətən də, Azərbaycan bu sahədə nailiyyətlər qazanıb. Qeyd edək ki, keçmiş Sovetlər İttifaqı zamanında da - 1973-cü ildə Beynəlxalq Astronavtika Federasiyasının yeganə konqresi Bakıda keçirilib. Ulu Öndər Heydər Əliyevin böyük səyi nəticəsində konqresin Azərbaycan paytaxtında keçirilməsi ilə bağlı müsbət rəy verilib. İndi 50 ildən sonra ölkəmiz daha bir möhtəşəm toplantıya evsahibliyi edəcək.

Cənab İlham Əliyevin qlobal miqyaslı təşəbbüsləri sayəsində Azərbaycan enerji təhlükəsizliyini nəinki təmin edib, hətta bu gün bir sıra ölkələrin enerji təchizatçısıdır. Prezidentindediyi kimi, AsiyaAvropa qitələri arasında körpü rolu oynayan Azərbaycan açıq dənizə çıxışı olmayan ölkə kimi bir sıra regional nəqliyyat layihələrinin təşəbbüskarı və icraçısıdır: "Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri layihələrinin fəal iştirakçısı olaraq hazırda digər mühüm layihələr - Cənub-Qərb və Şimal-Qərb layihələri üzərində çalışırıq. Beləliklə, Azərbaycan etibarlı tranzit ölkəsi kimi çoxtərəfli beynəlxalq əməkdaşlığa öz dəyərli töhfəsini verir”.

Göründüyü kimi, dövlətin idarə olunmasında, milli maraqların qorunmasında, müstəqil xarici siyasətin yürüdülməsində cənab İlham Əliyevin nümayiş etdirdiyi uzaqgörənlik, prinsipiallıq sayəsində Azərbaycan dünyanın bir çox inkişaf etmiş ölkələri ilə eyni platformada yer alır. Bütün bunlar bir daha təsdiq edir ki, dövlət başçısı sistemli, əhatəli və müasir tələblərə tam cavab verən siyasət həyata keçirməklə Azərbaycanı daha möhtəşəm gələcəyə doğru aparır.

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.- 2019.- 3 noyabr.- S. 1; 2.