Azərbaycan ABŞ-a etiraz notası verib

 

Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yaradılmış qanunsuz rejimin "təmsilçisiMasis Mayilyanın ABŞ-a səfər etməsi ilə əlaqədar Birləşmiş Ştatların ölkəmizdəki səfiri Örl Litsenberqer Xarici İşlər Nazirliyinə çağırılıb etiraz notası təqdim edilib.

Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, notada qondarma qurumun Azərbaycanın işğal olunmuş ərazilərindən səfər edən "nümayəndələr”inə ABŞ tərəfindən viza verilməsinə etiraz edilib bunun Ermənistan-Azərbaycan münaqişəsi üzrə sülh prosesinə zərbə vurduğu qeyd olunub. Vurğulanıb ki, bu kimi səfərlərə icazə verilməsi ABŞ-ın ATƏT-in Minsk qrupunun həmsədri mandatında vasitəçi kimi öhdəlikləri, eləcə dövlətlərin suverenliyinə hörmət, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı kimi beynəlxalq hüququn təməl prinsipləri ilə ziddiyyət təşkil edir.

Xarici İşlər Nazirliyi beynəlxalq birliyin mühüm cavabdeh üzvü kimi ABŞ-ın BMT Nizamnaməsində təsbit olunmuş prinsipləri qəti dəstəkləyərək Ermənistan-Azərbaycan münaqişəsi üzrə BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli məlum qətnamələrinin yerinə yetirilməsinə mühüm töhfə verəcəyini münaqişənin həlli prosesinə mənfi təsir edəcək hər hansı addımdan çəkinəcəyini gözlədiyini ABŞ tərəfinin diqqətinə çatdırıb.

Səfir Ö.Litsenberqer Dağlıq Qarabağdan səfər edən şəxslərin ABŞ Konqresinin bəzi üzvləri tərəfindən Vaşinqtonda qəbul edildiklərindən xəbərdar olduqlarını bildirərək ABŞ-ın ATƏT-in Minsk qrupu prosesini dəstəklədiyini Dağlıq Qarabağdakı rejimi tanımadığını vurğulayıb.

 

Azərbaycan.- 2019.- 3 noyabr.- S. 1.